AQP nümayəndə heyəti Vyanada beynəlxalq konfransda iştirak edir
Far.Az xəbər saytı

AQP nümayəndə heyəti Vyanada beynəlxalq konfransda iştirak edir


Bu gün Avstriyanın paytaxtı Vyana şəhərində Avropa Qiymətləndiricilər Assosiasiyaları Qrupunun (TEGOVA) təşkilatçılığı ilə daşınmaz əmlakın qiymətləndirilməsində süni intellektin tətbiqinə həsr olunmuş beynəlxalq konfrans işə başlayıb.

Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Far.Az"a verilən məlumata görə, konfransda AQP-ni sədr müavinləri Ayan Qəmbərova və Günay İsmayılqızı, Rəyasət Heyətinin üzvləri Rüstəm Vəliməmmədov və Ramil Qasımzadə təmsil edirlər.

Tədbir çərçivəsində qiymətləndirmə fəaliyyətinin rəqəmsal transformasiyası, süni intellekt texnologiyalarının praktiki tətbiq imkanları, geosiyasi amillərin Avropa daşınmaz əmlak bazarlarına təsiri, hüquqi aspektlər və məlumatların qorunması məsələləri müzakirə olunur. Eyni zamanda yeni texnologiyaların yaraddığı imkanlar və məhdudiyyətlər təhlil edilir, daşınmaz əmlakın qiymətləndirilməsində tətbiq edilən metodların müqayisəsi aparılır.

Konfrans gedişində AQP-nin sədri Nüsrət İbrahimovun ikitərəfli əməkdaşlığın inkişafına dair məktubu TEGOVA İdarə Heyətinin sədri Paulo Barros Trindadeyə təqdim olunub. Məktubda AQP-nın ölkədə qiymətləndirmə fəaliyyətini qanunvericiliklə tənzimləyən qurum kimi TEGOVA ilə birbaşa əməkdaşlıqda maraqlı olduğu bildirilib.

Sənəddə milli praktikanın beynəlxalq standartlara uyğunlaşdırılması, Avropa Qiymətləndirmə Standartlarının tətbiqi və təcrübə mübadiləsinin genişləndirilməsi üzrə birgə fəaliyyətin önəmi qeyd edilib.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər