AzMİ Polşanın Mərkəzi Ölçülər İdarəsi ilə Yol Xəritəsi imzalayıb
Far.Az xəbər saytı

AzMİ Polşanın Mərkəzi Ölçülər İdarəsi ilə Yol Xəritəsi imzalayıb


Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) və Polşanın Mərkəzi Ölçülər İdarəsi (GUM) arasında ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və yeni istiqamətlər üzrə birgə fəaliyyətin genişləndirilməsi məqsədilə Yol Xəritəsi imzalanıb.

"Far.Az" bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, sənədi AzMİ-nin baş direktoru Xamis Seyranov və GUM-un prezidenti Rafal Kepka imzalayıb.

Sözügedən sənəd etalonların tutuşdurma yolu ilə tədqiqi, beynəlxalq laboratoriyalararası tutuşdurmalarda iştirak, keyfiyyəti idarəetmə sistemi sahəsində təcrübə mübadiləsi, texniki bilik mübadiləsi və kadr hazırlığı, birgə elmi konfrans və seminarların, habelə beynəlxalq standartlara dair təlimlərin təşkilini ehtiva edir.

Yol Xəritəsi çərçivəsində akustika, ultrasəs və vibrasiya, kütlə və əlaqəli kəmiyyətlər, uzunluq, vaxt və tezlik, sərf, elektrik və maqnetizm, fotometriya və radiometriya, ionlaşdırıcı şüalanma və kimya sahələri üzrə etalonların tutuşdurmalarda iştirakı, ölçmə metodlarının öyrənilməsi və texniki imkanların qiymətləndirilməsi nəzərdə tutulur.

Həmçinin sənəddə elektron sertifikat və aktlara birbaşa keçid metodları, rəqəmsal kalibrləmə sertifikatları və süni intellektin köməyi ilə qeyri-müəyyənliyin qiymətləndirilməsi üzrə bilik mübadiləsi ilə bağlı məsələlər də yer alıb.

Daha öncə AzMİ ilə GUM arasında elmi və texniki əməkdaşlıq haqqında Memorandum imzalanıb. Yol Xəritəsi həmin Memorandumun icrasını təmin etməyə və əməkdaşlığı praktiki müstəviyə keçirməyə xidmət edir.

Oxşar xəbərlər

Elnur Bağırov: "Azərbaycanda keyfiyyət infrastrukturu sistemli inkişaf mərhələsinə keçib" - MÜSAHİBƏ
AzMİ Çinin Milli Metrologiya İnstitutu ilə Anlaşma Memorandumu imzalayıb
AzMİ Bosniya və Herseqovinanın Metrologiya İnstitutu ilə əməkdaşlıq sənədi imzalayıb
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər