AzMİ Çinin Milli Metrologiya İnstitutu ilə Anlaşma Memorandumu imzalayıb
Far.Az xəbər saytı

AzMİ Çinin Milli Metrologiya İnstitutu ilə Anlaşma Memorandumu imzalayıb


Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) və Çinin Milli Metrologiya İnstitutu (NIM) arasında metrologiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

"Report" bu barədə AzMİ-yə istinadən xəbər verir.

Bildirilib ki, Memorandumun məqsədi qarşılıqlı bilik, təcrübə və texniki resursların mübadiləsi yolu ilə hər iki ölkənin milli metrologiya sistemlərinin inkişafına töhfə vermək, müasir ölçmə texnologiyalarının tətbiqini genişləndirmək və beynəlxalq standartlara uyğunluğu təmin etməkdir. Həmçinin sözügedən sənəd ölçmə və kalibrlənmə sertifikatlarının qarşılıqlı tanınması istiqamətində birgə işlərin görülməsini, habelə elmi-tədqiqat fəaliyyətlərinin dəstəklənməsini hədəfləyir.

Anlaşma Memorandumu çərçivəsində tərəflər metrologiya sahəsində elmi-texniki məlumat mübadiləsi aparacaq, birgə elmi-tədqiqat layihələri icra edəcək, ekspert və mütəxəssislərin qarşılıqlı səfərlərini təşkil edəcək, təlim proqramları və praktiki seminarlar keçirəcəklər.

Bundan əlavə, sənəddə beynəlxalq laboratoriyalararası tutuşdurmalarda iştirakı və standart (etalon) nümunələrin hazırlanması, nanotexnologiya, kvant ölçmələri, rəqəmsal metrologiya, avtomatlaşdırılmış ölçmə sistemləri və ağıllı sensor texnologiyaları kimi qabaqcıl sahələrdə birgə tədqiqatların aparılması nəzərdə tutulur.

Sənəd metrologiya sahəsində uzunmüddətli və strateji əməkdaşlıq üçün möhkəm zəmin yaradır.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Baku TV və "Özbəkistan 24" arasında əməkdaşlıq memorandumu imzalanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər