Azərbaycanda kibertəhlükəsizlik üzrə ixtisaslı yerli mütəxəssislər hazırlanacaq
Far.Az xəbər saytı

Azərbaycanda kibertəhlükəsizlik üzrə ixtisaslı yerli mütəxəssislər hazırlanacaq


Azərbaycanda kibertəhlükəsizlik üzrə ixtisaslı yerli mütəxəssislərin hazırlanması məqsədilə "Fortinet" şirkəti ilə əməkdaşlıq imkanları müzakirə edilib.

Bu barədə "Far.Az"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu barədə müzakirələr rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənovun şirkətin Yaxın Şərq, Türkiyə və MDB üzrə vitse-prezidenti Alen Penel ilə görüşündə aparılıb.

Görüşdə o cümlədən ali təhsil müəssisələrində "Fortinet Academic Partner Program"ın genişləndirilməsi müzakirə edilib.

Eyni zamanda şirkətlə "bulud" texnologiyaları, kiberhəllər, süni intellekt həlləri üzrə əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Tanınmış kardioloqlar, kardio-onkoloqlar, eləcə də süni intellekt və robot texnologiyaları üzrə mütəxəssislər bir arada
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Rövşən Nəcəf bir sıra xarici şirkətlə əməkdaşlıq imkanlarını müzakirə edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər