Pere Joan Pons ATƏT PA-nın prezidenti vəzifəsindən istefa verib - Eksklüziv
Far.Az xəbər saytı

Pere Joan Pons ATƏT PA-nın prezidenti vəzifəsindən istefa verib - Eksklüziv


ATƏT Parlament Assambleyasının (PA) prezidenti Pere Joan Pons Sanpietro vəzifəsindən istefa verib.

O bu barədə "Far.Az"un Balkan bürosuna açıqlamasında bildirib.

Pons qeyd edib ki, İspaniyada noyabrın 29-da keçiriləcək parlament seçkilərində Senat üzrə namizədlər siyahısına daxil edilməyəcək.

O, ATƏT PA-nın prezidenti vəzifəsindən getmək qərarının milli parlament seçkilərində iştirak etməməsi ilə birbaşa bağlı olduğunu vurğulayıb.

İstefası ilə bağlı danışan Pons şəxsi qərarlardan asılı olmayaraq, təşkilatın əsas missiyasına diqqətin yönəldilməsinin vacibliyini qeyd edib.

"Əsas məsələ budur ki, bizimlə eyni düşüncədə olmayanlarla belə dialoq aparmalıyıq", - o bildirib.

Pons yerində fəaliyyətin və insanlarla daha sıx təmasların gücləndirilməsinin vacibliyini vurğulayıb.

Prezidentliyi dövründəki diplomatik fəaliyyətinə toxunan Pons son ayların olduqca gərgin və məhsuldar keçdiyini bildirib. Pons bu ilin sentyabrında Azərbaycana rəsmi səfər etdiyini də xatırladıb.

Oxşar xəbərlər

AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Səməd Seyidov və ATƏT PA-nın prezidenti Cənubi Qafqazda sülh prosesini müzakirə ediblər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər