14 yaşlı qızın faciəvi taleyi: Sığınacaqda ilk dəfə əlifbanı öyrənir
Far.Az xəbər saytı

14 yaşlı qızın faciəvi taleyi: Sığınacaqda ilk dəfə əlifbanı öyrənir


Atasını itirdikdən sonra anası ilə yaşamağa başlayan 14 yaşlı qızın anasının yenidən ailə qurmasından sonra zorakılığa məruz qaldığı iddia olunur.

BAKU.WS xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.

Onun sözlərinə görə, qızın bibiləri evdə baş verənlərdən narahat olaraq vəziyyətə müdaxilə etməyə çalışıblar:

"Ailədə yeni uşağın dünyaya gəlməsi ilə qızın həyatında ağır günlər başlayıb. İddialara görə, anası ona qarşı çox pis münasibət göstərib və qız demək olar ki, hər gün zorakılığa məruz qalıb.

Evdə baş verənlərdən narahat olan bibiləri uşağın vəziyyətinin yaxşı olmadığını dəfələrlə görüblər. Onlar anadan uşağa rahatlıq verməsini, ona qarşı zorakılığa son qoymasını istəsələr də, bu cəhdlər nəticəsiz qalıb.

Vəziyyətin ciddiliyini və uşağın həyatının təhlükədə olduğunu görən bibələri aidiyyəti dövlət qurumlarına müraciət ediblər. Müraciətdən sonra dövlət qurumları ailədə araşdırma aparıb və uşağı anasının yanından götürüblər.

Uşağın sığınacağa yerləşdirilməsindən sonra da çətinliklər bitməyib. Anasının ona ünvanladığı təhdidlərdən sonra qız yeni həyatına qorxu və narahatlıq içində başlayıb.

Bu gün 14 yaşı olan qız indiyədək məktəbə getmək imkanından məhrum qalıb. İndi isə sığınacaqda ilk dəfə əlifbanı öyrənir, təhsilə başlayır. Yaşadığı ağır hadisələrə baxmayaraq, gülümsəməyi də unutmur.

Bibilərinin sözlərinə görə, anasının vəziyyəti də narahatlıq doğurur və onun ciddi psixoloji problemlərinin ola biləcəyindən şübhələnirlər.

Bir uşağın uşaqlığı zorakılıqla, qorxu ilə və təhsildən uzaqda keçib. İndi isə onun qarşısında yeni bir yol açılır: öyrənmək, güvəndə olmaq və bəlkə də ilk dəfə özünü uşaq kimi hiss etmək".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər