Çexiyalı milyarder "Ray-Ban" holdinqi üçün 30 milyard avro təklif edib
Far.Az xəbər saytı

Çexiyalı milyarder "Ray-Ban" holdinqi üçün 30 milyard avro təklif edib


Müdafiə sənayesində çalışan çexiyalı milyarder Mixal Strnad aparıcı Avropa şirkətlərində əhəmiyyətli paylara sahib olan "Delfin Sarl" şirkəti üçün təxminən 30 milyard avro təklif edib.

"Report"un "Bloomberg"ə istinadən məlumatına görə, iş adamının təklifi 20 oktyabr tarixli məktubda yer alıb.

"Delfin Sarl" holdinqi "Ray-Ban" brendinə sahib olan eynək və optik linzalar sahəsində qlobal lider olan "EssilorLuxottica"nın ən böyük səhmdarlarından biridir. Bundan əlavə, "Delfin" həmçinin İtaliyanın "UniCredit" və "Banca Monte dei Paschi di Siena" banklarında, eləcə də "Assicurazioni Generali" sığorta qrupunda əhəmiyyətli paylara sahibdir.

Məktuba görə, Strnad holdinq şirkətini xalis aktiv dəyərindən 30 % endirimlə qiymətləndirib. Lakin iş adamı bütün holdinq şirkətini deyil, əksinə 62,5 % nəzarət payını almağa hazırdır. "Delfin"in ictimai aktivlərinin bazar dəyəri 40 milyard avronu keçib.

Təklif 30 gün müddətində qüvvədədir. Sazişin bağlanması üçün holdinq şirkətinin bütün səkkiz səhmdarının mülkiyyət strukturunu dəyişdirmək barədə razılığı tələb olunur.

Bu arada, səhmdarlardan biri olan Leonardo Maria Del Vekkio "Delfin" üzərində İtaliyanın nəzarətini qorumağı təklif edib. O, həmçinin "EssilorLuxottica" üzərində təsirin qorunmasının və İtaliya bank sisteminin sabitliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər