Gürcüstanla Azərbaycan sərhədin delimitasiyası prosesini sürətləndirmək barədə razılığa gəlib
Gürcüstan və Azərbaycan sərhədin delimitasiyası və demarkasiyası prosesini sürətləndirmək barədə razılığa gəliblər.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası prosesinin sürətləndirilməsi, o cümlədən Qareci monastırı və ətraf ərazi ilə bağlı məsələlər müzakirə olunub.
Məsələ həm Azərbaycan və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclasında, həm də iki ölkənin baş nazirlərinin ikitərəfli görüşündə müzakirə edilib.
Baş nazir qeyd edib ki, tərəflər sərhədin delimitasiyası və demarkasiyası üzrə işlərin sürətləndirilməsi barədə razılığa gəliblər.
"Son illər sərhədin delimitasiyası və demarkasiyası baxımından irəliləyiş olmayıb. Azərbaycanlı dostlarımızla birlikdə bu istiqamətdə sürətli irəliləyiş əldə etmək istəyirik. Razılığa gəlinməyən hər bir hissəni dostcasına müzakirə etməliyik. Təxminən 15 belə hissə var və onların hamısı üzrə fəal işləməliyik", – İ.Kobaxidze bildirib.
Hökumət başçısı vurğulayıb ki, əsas məqsəd məsələnin prinsipial həllinə nail olmaqdır və bunun üçün sərhədin delimitasiyası və demarkasiyası prosesinin başa çatdırılması vacibdir.
O, Azərbaycan tərəfinin prosesin sürətləndirilməsi ilə bağlı müraciətə müsbət və səmimi yanaşma nümayiş etdirdiyini də qeyd edib.
Oxşar xəbərlər
Zakir Həsənov: Gürcüstanla hərbi sahədə əlaqələrimiz inkişaf edib
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Əli Əsədov Tbilisidə İrakli Kobaxidze ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Trampla Ərdoğan arasında telefon danışığı olub
-
Maçado: ABŞ Venesuelada seçkilərin 2027-ci ildə keçirilməsini təklif edib
-
Vensan Kompani bu tarixə qədər "Bavariya"nı çalışdıra bilməyəcək
-
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
-
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
-
Ceyranbatanda məktəbin 10 şagirdi zəhərlənib: Popkorndan şübhələnilir













