Azərbaycan yanğın və xilasetmə idmanı üzrə dünya çempionatlarına ev sahibliyi edəcək
Far.Az xəbər saytı

Azərbaycan yanğın və xilasetmə idmanı üzrə dünya çempionatlarına ev sahibliyi edəcək


Bakıda noyabrın 2-dən 8-dək yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı keçiriləcək.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Fövqəladə Hallar Nazirliyi və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək dünya çempionatında 20-dən artıq ölkədən 400-dən çox iştirakçı gözlənilir.

Azərbaycan İdman Akademiyasının stadionunda keçiriləcək yarış yanğın və xilasetmə idmanının inkişafı, bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, müxtəlif ölkələrin idmançıları arasında təcrübə mübadiləsinin aparılması baxımından mühüm əhəmiyyət daşıyır.

Noyabrın 8-dək davam edəcək çempionatda idmançılar dörd növ üzrə qüvvələrini sınayacaqlar: hücum nərdivanı ilə tədris qülləsinin 2-ci və 4-cü mərtəbələrinə qalxma, 100 metr məsafəyə maneəli qaçış, 4×100 metr məsafəyə yanğın estafeti və döyüş açılışı.

İştirakçılar yarışlarda sürət, çeviklik, fiziki hazırlıq və peşəkar bacarıqlarını nümayiş etdirərək dünya çempionu adı uğrunda mübarizə aparacaqlar.

Dünya çempionatı çərçivəsində bir sıra ölkələrin uyğun qurumlarının və müvafiq beynəxalq təşkilatların rəhbər vəzifəli şəxslərinin ölkəmizə səfərləri də nəzərdə tutulub.

Oxşar xəbərlər

WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər