Rusiya İstintaq Komitəsi azərbaycanlı tələbələrin şüarlarında hər hansı ekstremizm faktı aşkar etməyib
Far.Az xəbər saytı

Rusiya İstintaq Komitəsi azərbaycanlı tələbələrin şüarlarında hər hansı ekstremizm faktı aşkar etməyib


Rusiya Federasiyası İstintaq Komitəsi Rusiya Federasiyası hökuməti yanında Maliyyə-Hüquq Universitetinin azərbaycanlı tələbələrinin şüarlarında ekstremizm faktları aşkar etməyib.

“Far.Az” xəbər verir ki, bu barədə İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.

"Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin müstəntiqi tərcüməçi ilə birlikdə yuxarıda göstərilən hərəkətlərin əks olunduğu videoyazıları araşdırıb. Gənclərin sözlərində ekstremist xarakterli çağırışlar aşkar edilməyib. Gənclər qanunazidd hərəkətlər etmədikləri üçün istintaq müvafiq prosessual qərar qəbul edəcək", - məlumatda qeyd olunub.

Xatırladaq ki, Rusiya hökuməti yanında Moskva Maliyyə-Hüquq Universitetində "Mənim Vətənim: böyük və kiçik" adlı tələbə festivalı keçirilib.

Tədbir çərçivəsində universitetin Azərbaycan klubunu dəstəkləmək məqsədilə digər universitetlərdən olan tələbələr - Azərbaycan diasporunun nümayəndələri də ona qoşulublar. Festivaldan sonra azərbaycanlı gənclər ana dilində "Yaşasın Azərbaycan!" şüarını səsləndirməyə başlayıblar. Ardınca da sosial şəbəkələrdə guya azərbaycanlı tələbələrin qanunazidd ekstremist şüarlar səsləndirdiyi təhrif olunmuş səsli videolar yayılmağa başlayıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Rektor: Türkiyə-Azərbaycan Universitetindəki yeni nəsil təhsil sistemi interaktiv və ağıllı modeldir - MÜSAHİBƏ
Jurnalist övladları da tələbə adı qazandılar - SİYAHI+FOTOLAR
Pulsuz yemək, ödənişsiz yataqxana
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər