Vətəndaşlardan nağdsız alınan mənzillərin təkrar satışına ƏDV ticarət əlavəsindən hesablanacaq
Azərbaycanda bina tikintisi ilə məşğul olan və ya mənzil bazarının digər iştirakçısı olan ƏDV ödəyiciləri tərəfindən vətəndaşlardan nağdsız qaydada alınan mənzillərin təkrar satışı zamanı 3 il müddətinə ƏDV-nin ticarət əlavəsindən hesablanması təklif olunur.
"Far.Az" xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.
Qanun layihəsində vurğulanır ki, vergi ödəyiciləri tərəfindən vergi orqanına edilən müraciətlərdə qaldırılan əsas məsələlərdən biri bina tikintisi ilə məşğul olan və ya mənzil bazarının digər iştirakçısı olan ƏDV ödəyiciləri tərəfindən vətəndaşlardan alınan mənzillərin təkrar satışı əməliyyatları üzrə yaranan ƏDV yükünün yüksək olması ilə bağlı olub.
Hazırda bu cür mənzillərin satışı komisyon ticarəti formasında deyil, mənzillərin yenidən alınması və sonradan satılması kimi rəsmiləşdirilir. Nəticədə sözügedən əməliyyatlar üzrə ƏDV tam satış dəyərindən hesablanır ki, bu da faktiki olaraq yalnız satıcının əldə etdiyi ticarət əlavəsinə deyil, mənzilin ümumi qiymətinə vergi tətbiq edilməsinə səbəb olur.
Bu yanaşma eyni iqtisadi mahiyyət daşıyan komisyon ticarəti ilə müqayisədə daha ağır vergi yükü yaradır, ikinci əl mənzil bazarında qiymətlərin artmasına, rəsmi satış kanallarının rəqabət qabiliyyətinin azalmasına və qeyri-rəsmi dövriyyənin stimullaşmasına şərait yaradır.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Leyla Əliyeva Qəbələdə "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb
Zakir Nuriyev: "Məqsədimiz maliyyə ekosisteminin daha səmərəli inkişafına töhfə verməkdir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
-
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
FIBA Avropa Kuboku: "Neftçi" Bolqarıstan səfərində uduzub
-
"Gəncə" FIBA Avropa Kubokundakı növbəti matçında məğlub olub
-
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (05.11.2026)
-
UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub - Yenilənib-7













