Azərbaycan–Gürcüstan Hökumətlərarası Komissiyasının 11-ci iclası keçirilib
Gürcüstanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində Baş nazirlər Əli Əsədov və İrakli Kobaxidzenin sədrliyi ilə Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 11-ci iclası keçirilib.
Far.Az report-a istinadən xəbər verir ki, iclasda Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, ticarət-iqtisadi, investisiya, enerji, nəqliyyat-tranzit, kənd təsərrüfatı, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
İclasda Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq etdiyi, xüsusilə dövlətlərin suverenliyi və ərazi bütövlüyü məsələlərində qarşılıqlı dəstək nümayiş etdirdiyi məmnunluqla vurğulanıb. Ticarət-iqtisadi əməkdaşlığın müsbət dinamikası yüksək qiymətləndirilib. Gürcüstanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğu diqqətə çatdırılıb.
Nümayəndə heyətləri üzvlərinin gündəlikdə duran məsələlərə dair məruzələri dinlənilib.
İclasın yekununda Baş nazirlər Əli Əsədov və İrakli Kobaxidze Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 11-ci iclasının Protokolunu imzalayıblar.
Gürcüstanın Kaxetiya bölgəsinin Siqnaxi şəhərində Azərbaycan və Gürcüstan Baş nazirlərinin həmsədrliyi ilə İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclası başlayıb.
Far.Az report-a istinadən xəbər verir ki, iclasda iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın aktual məsələlərinin müzakirəsi nəzərdə tutulur.
Görüş çərçivəsində enerji, nəqliyyat, investisiya, ticarət və digər sahələrdə əməkdaşlığın inkişafı, eləcə də regional əhəmiyyətli layihələrə diqqət yetiriləcək.
Müzakirələrdə Azərbaycan və Gürcüstanın əməkdaşlığında mühüm yer tutan Orta Dəhlizin inkişafı, tranzit imkanlarının genişləndirilməsi və regional nəqliyyat əlaqələrinin gücləndirilməsi məsələlərinin də gündəmdə olması gözlənilir.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maçado: ABŞ Venesuelada seçkilərin 2027-ci ildə keçirilməsini təklif edib
-
Trampla Ərdoğan arasında telefon danışığı olub
-
Vensan Kompani bu tarixə qədər "Bavariya"nı çalışdıra bilməyəcək
-
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
-
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
-
Haber Global": "Türkiyə və Azərbaycan arasındakı münasibətlər sarsılmaz və daimi qardaşlıq bağına əsaslanır"













