Hərbi və fövqəladə vəziyyətdə tibbi sığorta xərcləri dövlət büdcəsi hesabına maliyyələşdiriləcək
Far.Az xəbər saytı

Hərbi və fövqəladə vəziyyətdə tibbi sığorta xərcləri dövlət büdcəsi hesabına maliyyələşdiriləcək


Hərbi və fövqəladə vəziyyətlərdə tibbi sığorta xərcləri dövlət büdcəsi hesabına maliyyələşdiriləcək.

"Far.Az" xəbər verir ki, bu barədə məsələ "Tibbi sığorta haqqında" qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Belə ki, dəyişikliyə əsasən, hərbi vəziyyət və fövqəladə vəziyyət elan olunması ilə əlaqədar, habelə sosial xarakterli fövqəladə mühit rejiminin tətbiq edildiyi hallarda tibbi xidmətlərə olan tələbatın kəskin artması nəticəsində icbari tibbi sığorta fondunun xərclərinin maliyyələşdirilməsində vəsait çatışmazlığı olduqda müvafiq xərclər dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilə bilər.

İcbari tbbi sığorta fondunun növbəti il üçün gəlirlərinin proqnozlaşdırılması zamanı fondun cari ilin sonuna proqnozlaşdırılan profisiti xərcləri maliyyə təminatı kimi nəzərə alınacaq.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycanda büdcə qaydası dəyişir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər