"Reuters": Ukrayna və ABŞ-nin "Starshield"dən istifadə ilə bağlı müqaviləsinin müddəti 2027-ci ildə başa çatır
Ukraynanın ABŞ hökuməti ilə "Starshield" peyk şəbəkəsindən istifadəyə dair müqaviləsinin müddəti 2027-ci ildə başa çatır, Kiyev yeni razılaşma əldə etməyə ümid edir və artıq sistemə gələcək çıxış şərtləri üzrə danışıqlara başlamaq niyyətindədir.
"Far.Az"un "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın Vaşinqtondakı səfirliyinin müvəqqəti işlər vəkili Denis Senik bildirib.
"Starshield"dən istifadə üzrə müqavilənin müddəti gələn il başa çatır və biz başa düşürük ki, yeni razılaşmanın bağlanması üzrə danışıqlar vaxt tələb edir. İndi tam zamanıdır", - diplomat bildirib.
O əlavə edib ki, Ukrayna tərəfi sistemdən istifadəni davam etdirə biləcəyini və bunun hansı şərtlərlə olacağını aydınlaşdırmaq istəyir. Qüvvədə olan razılaşmanın başa çatacağı dəqiq ayı açıqlamayan Senik, onun gələn ilin ortalarında bitəcəyini dəqiqləşdirib.
Keçən ay "Starshield"in işində yaranan problemlərdən sonra yeni razılaşmaya ehtiyac xüsusilə aktual olub. Ukrayna tərəfinin sözlərinə görə, peyk şəbəkəsinin sürətinin məhdudlaşdırılması Rusiyanın zərbə pilotsuz uçuş aparatlarının (PUA) qarşısının alınmasını çətinləşdirib və bəzi hərbi əməliyyatların ləğv edilməsinə səbəb olub.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılıb
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir













