Azərbaycanda dərman satışı zamanı bazar qiymətinin tətbiqi qaydaları dəyişir
Far.Az xəbər saytı

Azərbaycanda dərman satışı zamanı bazar qiymətinin tətbiqi qaydaları dəyişir


Azərbaycanda dərman vasitələrinin Tarif (Qiymət) Şurasının müəyyən etdiyi yuxarı həddən aşağı qiymətə satılması zamanı vergitutma məqsədləri üçün bazar qiymətinin tətbiqi qaydalarının dəyişdirilməsi təklif olunur.

"Report" xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.

Xatırladaq ki, "Dərman vasitələri haqqında" qanunun 15 avqust 2023-cü ilədək qüvvədə olan redaksiyasına əsasən, dövlət qeydiyyatına alınmış dərmanların tənzimlənmədən və ya müəyyən edilmiş qiymətlərdən yuxarı satılması qadağan idi. 2023-cü il avqustun 15-dən qüvvəyə minən dəyişikliklərlə dərman vasitələrinin qiymətlərinin yuxarı həddinin müəyyənləşdirilməsi təsbit edilib. Tarif (qiymət) Şurasının 15 sentyabr 2023-cü il tarixli qərarı ilə də təsdiq etdiyi topdan və pərakəndə satış qiymətləri yuxarı hədd kimi müəyyənləşdirilib. Beləliklə, dərmanların həmin qiymətlərdən aşağı satılmasına imkan yaradılıb.

Hazırda Vergi Məcəlləsinin 14.10-cu maddəsinə əsasən, Tarif (qiymət) Şurası tərəfindən qiymətləri tənzimlənən mallar təqdim edilərkən və alınarkən vergitutma məqsədləri üçün bazar qiyməti tətbiq olunduqda Şuranın müəyyən etdiyi qiymətlər əsas götürülür. Təklif olunur ki, dərman vasitələrinin Şuranın müəyyən etdiyi yuxarı həddən aşağı qiymətə satılması zamanı bazar qiymətinin hesablanmasında Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinin müddəaları nəzərə alınsın. Bu məqsədlə Məcəllənin 14.10-cu maddəsinin təkmilləşdirilməsi zəruri hesab olunur.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər