Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?
Far.Az xəbər saytı

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?


Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq.

Bu barədə Far.Az-ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Bildirilib ki, dörd günlük proqnoza əsasən, noyabrın 12-dək geomaqnit sahənin normal fon səviyyəsində, orta coğrafi enliklərdə sakit olacağı gözlənilir:

"Geomaqnit qasırğanın gücünü göstərən və 10 ballıq sistemlə hesablanan Kp əmsalı 2026-cı il 9-10 noyabr tarixləri üçün 4-3, 11-12 noyabr tarixləri üçün 3-2 aralığında, yüksək coğrafi enliklərdə isə 4-5 intervalında olacaq.

9-12 noyabr tarixlərində orta coğrafi enliklərdə, o cümlədən Azərbaycan ərazisində geomaqnit sahəsinin əsasən stabil və ya zəif həyəcanlaşmış (sakit) səviyyədə olacağı proqnozlaşdırılır. Bu dövrdə Yerdə güclü və ya dağıdıcı geomaqnit qasırğasının baş vermə ehtimalı olduqca aşağıdır. Güclü geomaqnit qasırğası gözlənilmir".

Oxşar xəbərlər

Prezident Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının açılışında iştirak edib
Nazir bu müəllimləri təltif edildi - ADLAR
BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər