BTQ: Fransa Polineziyası təbii sərvətlər üzərində suverenliyi qətnaməsini qəbul edib
Fransa Polineziyası (Maohi) Assambleyası xalqın gələcəyini dəyişdirəcək müstəsna bir qərara imza ataraq, ölkənin bütün təbii sərvətləri üzərində daimi suverenliyini nəzərdə tutan qətnaməni yekdilliklə qəbul edib.
"Far.Az" xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu (BTQ) məlumat yayıb.
Məlumatda qeyd edilib ki, bu tarixi sənəd, yerli xalqın quru və dəniz ərazilərində, eləcə də 5,5 milyon kvadratkilometrlik nəhəng müstəsna iqtisadi zonada (MİZ) yerləşən bütün ayrılmaz hüquqlarını rəsmən qoruma altına alır.
Tavini Huiraatira hərəkatının çoxillik siyasi mübarizəsi nəticəsində əldə olunan bu qələbə, regionun iqtisadi və siyasi müstəqilliyi yolunda atılmış ən böyük addımdır.
BTQ vurğulayıb ki, qətnamədə Polineziya xalqının hüquqlarını təsbit edən və Fransa Polineziyası nümayəndə heyətinin BMT Baş Assambleyasında öz resurslarını müdafiə etməsi üçün güclü hüquqi əsas yaradan strateji bəndlər yer alıb. Sənədə əsasən, xalqın öz torpaqları, laqunları, hava məkanı, dəniz dibi və okean ərazilərindəki bütün təbii sərvətlərə sahib olmaq, onlara nəzarət etmək və sərəncam vermək hüququ yenidən təsdiqlənir. Bölgənin MİZ-ə daxil olan dəniz dibi faydalı qazıntıları, metallar və bioloji resurslar üzərində tam suverenlik elan edilir və Fransa dövlətinin bu resursları birtərəfli qaydada istismar etmə iddiaları rədd edilir. Qətnamədə Fransanın 1966-1996-cı illərdə bölgədə apardığı nüvə sınaqlarının ətraf mühitə və əhalinin sağlamlığına vurduğu ağır zərərlər diqqətə çatdırılır, rəsmi Parisdən ədalətli kompensasiya ödənilməsi tələb olunur. İdarəedici dövlət olan Fransaya, BMT qətnamələrinə uyğun olaraq bölgənin müstəqillik prosesində beynəlxalq missiyalarla əməkdaşlıq etməsi üçün birbaşa çağırış edilir.
Təşəbbüs Qrupu qeyd edib ki, qətnamənin qəbul edilməsi təşəbbüsü Tavini Huiraatira hərəkatının sədri və Fransa Polineziyasının keçmiş prezidenti Oskar Manutahi Temaruya məxsusdur.
"O, 2025-ci il dekabrın 3-də müvafiq qətnamə layihəsini Fransa Polineziyası Assambleyasına təqdim etmişdir. Layihə dekabrın 5-də Assambleyanın institusional, beynəlxalq məsələlər və bələdiyyələrlə əlaqələr komissiyasında müzakirə olunaraq üzvlərin əksəriyyətinin dəstəyini qazanmışdır. Sənədin məruzəçiləri Tevaipaea Hoiore və Allen Salmon olub.
Tavini Huiraatira qətnaməni dəstəkləyən bütün deputatlara təşəkkürünü bildirərək siyasi qüvvələr arasında əldə olunmuş razılaşmanı yüksək qiymətləndirib və qeyd edib ki, okean və onun sərvətləri Maohi xalqının tarixi irsi və gələcəyidir. Bu sərvətlərə dair qərar qəbul etmək hüququ yalnız həmin xalqa məxsus olmalıdır" - deyə, diqqətə çatdırılıb.
BTQ xatırladıb ki, Maohi xalqının öz müqəddəratını təyinetmə hüququnun və təbii sərvətləri üzərində suverenliyinin beynəlxalq səviyyədə müdafiəsini ardıcıl olaraq dəstəkləyir. BTQ Tavini Huiraatira hərəkatı ilə əməkdaşlıq çərçivəsində bu məsələlərin beynəlxalq platformalarda, o cümlədən BMT çərçivəsində gündəmə gətirilməsinə töhfə verib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib













