Moldova və Rumıniyanın birləşməsi prosesi praktiki mərhələyə keçib
Far.Az xəbər saytı

Moldova və Rumıniyanın birləşməsi prosesi praktiki mərhələyə keçib


Moldova ilə Rumıniya arasında yaxınlaşma prosesi artıq birgə infrastruktur və enerji layihələri sayəsində praktiki aləmə qədəm qoyub.

"Report" xəbər verir ki, bunu Moldovanın Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoy TVR Moldova telekanalının efirində bildirib.

Onun sözlərinə görə, iki ölkənin birləşməsi prosesi artıq faktiki olaraq baş verir.

"Bilmək lazımdır ki, bu proses artıq gedir. Birləşmə avtomagistralı tikilir, Prut çayı üzərində körpülər salınır, enerji bağlantıları və digər infrastruktur layihələri çayın hər iki sahilini praqmatik şəkildə bir-birinə yaxınlaşdırır", – Popşoy qeyd edib.

Nazir bildirib ki, Moldova cəmiyyəti ənənəvi olaraq Rumıniya ilə birləşmək ideyasına müəyyən dərəcədə açıq yanaşıb. Onun fikrincə, konkret birgə layihələrin həyata keçirilməsi belə bir addımın üstünlüklərinə vətəndaşları siyasi bəyanatlardan daha effektiv şəkildə inandıra bilər.

Bununla yanaşı, Popşoy iki dövlətin mümkün birləşməsinin vaxtı ilə bağlı hər hansı tarix açıqlamayıb.

Qeyd edək ki, Moldova Konstitusiyasına əsasən, ölkə neytral dövlət statusunu saxlayır. Bununla belə, 2022-ci ildən etibarən Kişineu Avropa İttifaqı və Rumıniya ilə yaxınlaşma siyasətini fəallaşdırıb. 2023-cü ildə isə Moldova parlamenti qanunvericilik və normativ sənədlərdə dövlət dilinin adının "rumın dili" kimi təsbit edilməsini təsdiqləyib.

Oxşar xəbərlər

IAA ilə Azərbaycanın avtomobil bazarı yeni mərhələyə qədəm qoyur
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər