Bir sıra xarici ölkələrdə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Azərbaycan Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə xarici ölkələrdə - Latviya, Amerika Birləşmiş Ştatları, Fransa, Böyük Britaniya və Macarıstanda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.
"Far.Az"un məlumatına görə, ilk tədbirlərdən biri Latviyanın paytaxtı Riqada baş tutub.
ASAP-ın Riqa nümayəndəsi Sehri Sultanlının moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycanın Latviyadakı səfiri Nərminə Mustafayeva və Gənclər Fondunun əməkdaşı Zülfiyyə Yaqubova çıxış edərək, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı Qələbədən, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpasından danışıblar.
ABŞ-nin Nyu-York şəhərində isə "Zəfərdən Gələcəyə: Gənclər, İnkişaf və Yeni İmkanlar" adlı tədbir keçirilib. Tədbirdə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Cavid İsmayılov çıxış edərək Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyətini vurğulayıb.
Böyük Britaniyanın paytaxtı Londonda "Birlik irsi: Birgə təsir üçün gənclər dialoqu" adlı panel müzakirəsi təşkil olunub. Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov 8 Noyabr – Zəfər Gününün əhəmiyyətindən danışıb. O, 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin şəhidlərin və qazilərin qəhrəmanlığı, xalqın birliyi və həmrəyliyi sayəsində əldə olunduğunu bildirib.
Müzakirələrdə xaricdə təhsil alan azərbaycanlı gənclərin imkanları, karyera perspektivləri və ölkəmizin beynəlxalq səviyyədə tanıdılmasında rolu diqqətə çatdırılıb.
Fransanın Tuluza şəhərində "Zəfərə Doğru: Xatirədən Sabaha" adlı tədbir keçirilib. Tədbirdə çıxış edən İsa Məmmədov, Rza Mövsümov, Səidə Namazova və ASAP nümayəndələri 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin əhəmiyyətindən, xalqımızın birliyindən və şəhidlərin qəhrəmanlığından danışıblar.
Həmçinin xaricdə yaşayan azərbaycanlı gənclərin milli dəyərlərimizin qorunması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasındakı rolu vurğulanıb. Tədbirdə Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Macarıstanın paytaxtı Budapeştdə də Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Azərbaycanın Macarıstandakı səfiri Esmira Cəfərova çıxışında 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin əhəmiyyətindən danışıb. O, 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsinin müharibənin gedişində mühüm dönüş nöqtəsi olduğunu bildirib.
Tədbirdə musiqi proqramı təqdim olunub, Azərbaycanın Zəfərini və işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işlərini əks etdirən fotosərgi nümayiş etdirilib.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Buxarestdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













