"GL Group" və "SLB" Azərbaycanın neft-qaz sektorunda birgə fəaliyyətin perspektivlərini müzakirə ediblər
Azərbaycanın ilk özəl neft-qaz şirkətləri qrupu olan "GL Group" və "SLB" beynəlxalq neft-servis şirkəti neft-qaz sektorundakı əsas meylləri və birgə fəaliyyət üçün perspektivli istiqamətləri nəzərdən keçiriblər.
"Far.Az" "GL"ə istinadən xəbər verir ki, şirkətin baş ofisində "SLB"nin bu yaxınlarda vəzifəyə başlamış Azərbaycan, Türkmənistan və Gürcüstan üzrə idarəedici direktoru Yuliya Qridasova, eləcə də "SLB"nin Xəzər regionu və Özbəkistanda quyuların tikintisi divizionunun rəhbəri Zaur Əliyevlə görüş keçirilib.
Danışıqlar zamanı tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi və qarşılıqlı fəaliyyət sahələrinin genişləndirilməsi məsələləri diqqət mərkəzində olub. Görüş iştirakçıları qarşılıqlı maraq doğuran bir çox mövzuları müzakirə edib və regionda şirkətlər arasında məhsuldar əməkdaşlığın qurulması imkanlarını ətraflı şəkildə təhlil ediblər.
"GL Group"da aparılan dialoqun əhəmiyyətini vurğulayaraq gələcəkdə birgə təşəbbüslərin reallaşdırılması üçün mütəmadi olaraq əlaqələri davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakının mərkəzində QHT-lər milli baş örtüyü – kəlağayı ilə yürüş keçiriblər
HONOR Azərbaycanda ikinci rəsmi mağazasını və ilk servis mərkəzini açdı
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
Azərbaycanda daha bir həkim vəfat etdi
-
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol













