Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilib
Ötən həftə Azərbaycanda 186 ha meşə fondu torpağında meşə əkini və səpini işləri aparılıb, 136 900 ədəd ağac tingi əkilib, 358 640 çalaya müxtəlif ağac və kol cinslərinə aid toxum səpilib.
"Report"un məlumatına görə, bu barədə Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov məlumat verib.
O qeyd edib ki, hazırda ölkənin bütün regionlarının meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində meşəbərpa tədbirləri davam edir və hər bölgənin iqlim şəraitinə uyğun Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən müxtəlif növ ağac tingləri əkilir, toxumlar səpilir.
Xidmət rəisinin sözlərinə görə, payız ağac əkini mövsümü başlayandan bugünədək ümumilikdə 615 ha meşə fondu torpağında meşəbərpa tədbirləri aparılıb, 637 mindən artıq ağac əkilib, çala səpin üsulu ilə 1 180 071 çalaya ağac və kol cinslərinə aid toxum səpilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Masallı və Neftçalada növbəti toxum sərgi-satış yarmarkaları keçirilib
Ağsu və Zərdabda növbəti toxum sərgi-satış yarmarkaları keçirilib
Cəlilabadda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İsmayıllıda həbs edilən bələdiyyə sədrinə 8 il 1 ay həbs cəzası verildi
-
AİB Bakı metropolitenində əməliyyatların modernləşdirilməsi üçün 302 milyon dollar kredit ayırıb
-
"Gəncə" FIBA Avropa Kubokunda ilk ev oyununu keçirəcək
-
Sabahdan Novxanı-Pirşağı istiqamətində kanalizasiya kollektorunun tikintisinə başlanılır
-
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
-
Qalmaqal yaşayan azərbaycanlı məşhurlar qalada bir araya gəldi













