Aİ Ukrayna və Moldova ilə üzvlük danışıqları üçün iki yeni klaster açıb
Avropa İttifaqı (Aİ) Ukrayna və Moldova ilə Avropaya inteqrasiya danışıqları üçün iki yeni klaster açıb: "Daxili bazar" və "Rəqabət qabiliyyətliliyi və inklüziv artım".
"Far.Az"un Avropa bürosunun məlumatına görə, bu, hər iki ölkənin dünən Lüksemburqda keçirilən üzvlük konfranslarının yekunlarına əsasən elan edilib.
"Daxili bazar" klasteri malların, xidmətlərin, işçilərin və kapitalın sərbəst hərəkətini, eləcə də rəqabəti, maliyyə xidmətlərini, korporativ hüququ və istehlakçıların hüquqlarının qorunmasını əhatə edir.
"Rəqabət qabiliyyətliliyi və inklüziv artım" klasteri sənaye siyasəti, rəqəmsal transformasiya, vergi, iqtisadi və pul siyasəti, məşğulluq, təhsil, tədqiqat və gömrük tənzimlənməsinə aiddir.
Beləliklə, hər iki ölkə Aİ-yə üzvlük danışıqlarının eyni sahələrində irəliləyib.
Ukrayna və Moldova nümayəndələri üzvlük konfranslarından sonra bildiriblər ki, Aİ-nin hər bir ölkə üçün altı danışıq klasterindən son ikisini 2026-cı ilin sonuna qədər açmasını gözləyirlər.
Oxşar xəbərlər
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İsmayıllıda həbs edilən bələdiyyə sədrinə 8 il 1 ay həbs cəzası verildi
-
ABŞ Senatı dizel razılaşmasından sonra Trampı dərhal kursu dəyişməyə çağırıb
-
"Gəncə" FIBA Avropa Kubokunda ilk ev oyununu keçirəcək
-
Sabahdan Novxanı-Pirşağı istiqamətində kanalizasiya kollektorunun tikintisinə başlanılır
-
AİB Bakı metropolitenində əməliyyatların modernləşdirilməsi üçün 302 milyon dollar kredit ayırıb
-
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib













