AZAL Bakıdan Sürixə müntəzəm uçuşlar həyata keçirməyi planlaşdırır
Far.Az xəbər saytı

AZAL Bakıdan Sürixə müntəzəm uçuşlar həyata keçirməyi planlaşdırır


"Azərbaycan Hava Yolları" QSC (AZAL) 2026-cı ildən Bakıdan Sürixə müntəzəm uçuşlar həyata keçirməyi planlaşdırır.

"Far.Az" AZAL-a istinadən xəbər verir ki, bu barədə müzakirələr qurumun prezidenti Samir Rzayevlə İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Tomas Ştəlin ilə görüşündə aparılıb.

Görüşdə səfir Tomas Ştəlin yeni uçuş marşrutlarına dəstək verməyə hazır olduqlarını bildirib və viza müraciətlərinin artımını ikitərəfli əlaqələrin inkişafı kimi dəyərləndirib.

Tərəflər həmçinin Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) barədə müzakirələr apararaq ətraf mühitin qorunması istiqamətində yeni yanaşmaların tətbiqi məsələlərini nəzərdən keçiriblər.

Oxşar xəbərlər

AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Bakıda COP29-un bağlanış plenar sessiyası başa çatıb - YENİLƏNİB-2
AZAL Bakıdan Maldiv adalarına ilk uçuşunu həyata keçirib
Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər