Rusiyanın Suriyadakı qoşun komandanının vəzifəsindən azad edildiyi deyilir
Rusiya Silahlı Qüvvələrinin Suriyadakı qoşun qruplaşmasının komandanı general-leytenant Sergey Kisel vəzifəsindən azad edilib.
“Far.Az” xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinə yaxın “Rıbar” kanalı bildirib. Onun məlumatını digər hərbi teleqram kanallar da .
“Deyirlər, qoşun qruplaşmasının komandanı Kiseli uzaqlaşdırıblar. Yəqin ki, uzaqlaşdırma hazırda heç nəyi dəyişməyəcək”, – “Rıbar”da qeyd olunub.
Eyni zamanda, rusiyalı hərbi ekspert sözlərinə görə, yeni komandan general-polkovnik Aleksandr Çayko olacaq.
Qeyd edək ki, Kisel Suriyaya yanvarda ezam edilmişdi. 2022-ci ildə Kisel 1-ci qvardiya tank ordusunun komandanı olsa da, yüksəkrütbəli hərbçinin Xarkov istiqamətindəki iflası onu vəzifəsindən etmişdi.
Xatırladaq ki, noyabrın 27-dən 13 ildir vətəndaş müharibəsinin davam etdiyi Suriyada vəziyyət gərginləşib. Üçgünlük döyüşlərdən sonra üsyançılar 2016-cı ildən bəri ilk dəfə ölkənin ikinci ən əhəmiyyətli şəhəri olan Hələbə daxil olublar və şəhəri nəzarət altına alıblar.
“Associated Press”ə görə, hücum əvvəllər hökumət tərəfində döyüşən “Hizbullah” da daxil olmaqla iranyönümlü qrupların İsraillə müharibəyə cəlb olunduğu vaxt başlayıb. Məlumata görə, hökumət qüvvələri üsyançılara ciddi müqavimət göstərə bilməyiblər.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezidentin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçuları təltif edilib - SİYAHI
Prezidentin Təhlükəsizlik Xidmətinin bir qrup hərbi qulluqçusu təltif edilib
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb













