Ədliyyə Nazirliyi “Elektron Hərrac Portalı"nı istifadəyə verib
Ədliyyə sahəsində şəffaflığın və səmərəliliyin artırılması, göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, vətəndaş yönümlü xidmətlərə əlçatanlığın təmin edilməsi, eləcə də məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsi məqsədilə Ədliyyə Nazirliyi nı istifadəyə verib.
Bundan sonra icra sənədlərinin icrası ilə bağlı borclunun əmlakının satışı prosesi yeni Portal vasitəsilə onlayn qaydada həyata keçiriləcək.
Portalın əsas üstünlüyü hərracda iştirak imkanlarının hər kəs üçün bərabər olmasıdır.
Qanunvericiliyə əsasən elektron hərracda iştirakına icazə verilən fiziki və hüquqi şəxslər, eləcə də tələbkar və borclular “Digital Login” sistemi vasitəsilə qeydiyyatdan keçərək və portalda elektron kabinet yaradaraq hərrac prosesində iştirak edə biləcəklər.
Elektron hərracın keçirilməsi qaydası, portaldan istifadəyə dair təlimat və ilkin hərrac elanları və yerləşdirilib.
Hərrac prosesinin rəqəmsallaşması nəticəsində iştirakçılar arasında ayrı-seçkiliyə yol verilməsinin və rəqabətə məhdudiyyət qoyulmasının, eləcə də hərrac prosesinə kənar müdaxilələrin qarşısı alınacaq.
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - YENİLƏNİB
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
“Digital Diplomatlar” layihəsi: Müxtəlif görüşlərin iştirakçısı olan gənclər "Report"a da infotur ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
Rumıniyada güclü zəlzələ baş verib
-
Norveçdə pensiya yaşı artırıla bilər













