Mark Rutte: NATO müttəfiqləri Ukraynaya təhlükəsizliyi üçün 40 milyard avroluq maliyyə vədini yerinə yetirmək istiqamətində çalışırlar
NATO üzvləri Ukraynaya təhlükəsizliyi üçün 40 milyard avroluq maliyyə vədini yerinə yetirmək istiqamətində çalışırlar.
"Report" xəbər verir ki, bunu alyansın Baş katibi Mark Rutte mətbuat konfransında deyib.
O qeyd edib ki, NATO-nun Ukraynaya yardımı bu ilin sonuna kimi çatdırılmasını gözləyir:
"Ancaq biz Ukraynaya mübarizəsində dəstək olmaq üçün daha çox kömək etməliyik. Çünki Ukrayna mülki əraziləri və kritik infrastrukturu hədəf alan amansız bombardmanlarla üzləşir. Biz bu münaqişənin trayektoriyasını birdəfəlik dəyişmək üçün kifayət qədər dəstək verməliyik".
Baş katib Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə yeni ali nümayəndəsi Kaya Kallasın dəstəyindən də söz açıb:
"Dünən bizim sıralarımıza Aİ-nin yeni ali nümayəndəsi Kayak Kallas da qoşuldu. Aİ bizim üçün vacib tərəfdaşdır və biz Ukraynaya dəstəyimizdən tutmuş müdafiə istehsalının artırılmasına qədər bir sıra məsələlərdə əməkdaşlıq edirik. Biz təhlükəsizlik və kibertəhlükəsizlik istiqamətində Aİ ilə sıx əməkdaşlıq edəcəyik".
Mark Rutte NATO ölkələrinin xarici işlər nazirlərinin görüşünün ilk günündə - 3 dekabrda müzakirə olunan məsələlərə də diqqət çəkib:
"Dünən biz İranın yaxın qonşuluğunda sabitliyi pozan rolunu, yaraqlı qruplara və Rusiyaya Avropadakı qeyri-qanuni müharibəsində dəstəyini müzakirə etdik. Rusiya, Çin, Şimali Koreya və İranın artan əməkdaşlığı üzləşdiyimiz təhlükələrin qlobal xarakterini göstərir. Bu hadisələr isə hətta ABŞ-ni də təhdid edə bilər".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
ASCO-nun "Xocalı" gəmisi Çində texniki yoxlamadan keçdi, sertifikatları yeniləndi













