Bəhram Batıyev: Müxbirlə redaktorun işi qarşılıqlı anlaşmaya bağlıdır
Far.Az xəbər saytı

Bəhram Batıyev: Müxbirlə redaktorun işi qarşılıqlı anlaşmaya bağlıdır


Caliber.az saytının baş redaktor müavini, jurnalist Bəhram Batıyev Report Media Məktəbinin tələbələri ilə görüşdə redaksiyada çalışan əməkdaşların qarşılıqlı münasibətlərindən danışıb.

“Report” xəbər verir ki, B.Batıyev jurnalistikada müxbir və redaktorun birgə işinin əhəmiyyətini vurğulayıb.

“Redaktor sizin ilk oxucunuzdur. Əgər təqdim edilən yazıdan narazı qalarsa, deməli yol verilən səhvləri araşdırmağa dəyər. Xəbəri qısa, dəqiq və yığcam hazırlamaq tələb olunur. Həm də sosial şəbəkəyə meyillənmək və xəbərin istiqamətini təyin etmək lazım gəlir. Şübhə yeri varsa, bunu mətbuatda dərc eləmək gərək deyil”, - jurnalist bildirib.

Baş redaktorun müavini jurnalistin maksimal dərəcədə gücünü işə yönəltməli olduğunu qeyd edib:

“Jurnalistin bilinən iş qrafiki olmur, həmişə aktiv olmaq gərəkdir, çünki məlumatı əldə etmək üçün xeyli hərəkət etməlisən. 44 günlük müharibə dövründə evə cəmi bir neçə dəfə gedə bilmişəm. Çox vaxt xəbər axını səbəbindən redaksiyada gecələməli olurdum”.

Bəhram Batıyev 1978-ci ildə Bakıda anadan olub. 1999-2003-cü illərdə Azərbaycan Beynəlxalq Universitetinin (ABU) jurnalistika fakültəsində təhsil alıb. 2002-ci ildə “Naş vek” qəzetində jurnalist fəaliyyətinə başlayıb. 1news.az-da redaktor, vesti.az-da jurnalist, armiya.az-da redaktor vəzifələrində çalışıb. 2021-ci ildən Caliber.az saytında baş redaktorun müavinidir.

2020-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər