Tədqiqatçı: Qərbi azərbaycanlıların qayıdış hüququnun bərpası digər xalqlara nümunə olacaq
Far.Az xəbər saytı

Tədqiqatçı: Qərbi azərbaycanlıların qayıdış hüququnun bərpası digər xalqlara nümunə olacaq


Qərbi azərbaycanlıların qayıdış hüququnun bərpası digər münaqişə bölgələrində xalqlara da nümunə olacaq.

"Report" xəvər verir ki, bunu Avrasiya Araşdırmaları Mərkəzinin aparıcı tədqiqatçısı Jakub Voytsex Koreyba Bakıda “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən II beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, dünyanı yaşamaq üçün daha yaxşı məkana çevirmək lazımdır:

"İnsanların zorla yaşadıqları ərazidən qovulması heç bir halda qəbul edilməməlidir. Qayıdış hüququ beynəxlalq hüquqda təsbit edilib. Ona görə də bu hüququ bərqərar etmək üçün müvafiq hüquqi alətlər yaratmışıq".

J.Voytsex Ermənistanın Qərbi azərbaycanlıların torpaqlarına qayıtmaq hüququna və icrasına imkan yaratmamasından təəssüfləndiyini bildirib:

"Ermənistan müsadirə etdiyi və ələ keçirdiyi əmlakı qaytarmalı, yaxud təzminat ödəməlidir. İnsanlar dədə-baba torpaqlarına qayıtmalıdırlar. Vaxtilə sahib olduqları əmlaka yiyələnməlidirlər. Biz Azərbaycan irsinin Ermənistan tərəfindən məhv edildiyini görmüşük. Bu, Azərbaycanın və Qərbi azərbaycanlıların irsinin pozulması deməkdir".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfransın ilk günü başa çatıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Səbinə Salmanova: Qərbi azərbaycanlıların öz doğma yurd­-yuvalarına qayıdışı tarixi bir zərurətdir - MÜSAHİBƏ
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər