Türkiyə Azərbaycan-Ermənistan müzakirələrində müsbət tendensiyanın sülh sazişi ilə nəticələnəcəyini gözləyir
Far.Az xəbər saytı

Türkiyə Azərbaycan-Ermənistan müzakirələrində müsbət tendensiyanın sülh sazişi ilə nəticələnəcəyini gözləyir


Türkiyə Təhlükəsizlik Şurası (TŞ) Azərbaycanla Ermənistan arasında müzakirələrdə müsbət tendensiyanın sülh sazişi ilə nəticələnəcəyini gözləyir.

“Far.Az” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasının nəticəsi ilə bağlı açıqlamada qeyd olunub.

İclasda həmçinin Azərbaycan-Ermənistan müzakirələrində əldə olunan müsbət tendensiyanın sülh sazişi ilə nəticələnməsinə istək də xüsusi vurğulanıb.

Toplantıda qeyd olunub ki, Cənubi Qafqazdakı mümkün sülh bütün aktorların xeyrinə olacaq.

Bundan başqa, iclasda Şərqi Avropa və Yaxın Şərqdəki durum da müzakirə olunub.

Oxşar xəbərlər

VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər