Sen-Marten parlamentinin üzvü: Müstəmləkə zülmündən əziyyət çəkən xalqların öz müqəddəratını təyin etmək hüququ var
Far.Az xəbər saytı

Sen-Marten parlamentinin üzvü: Müstəmləkə zülmündən əziyyət çəkən xalqların öz müqəddəratını təyin etmək hüququ var


Sen-Marten parlamenti Bakı Təşəbbüs Qrupuna (BTQ) Fransa və Niderlandın neomüstəmləkəçiliyi ilə bağlı beynəlxalq konfransın təşkilinə görə təşəkkür edir.

"Report"un məlumatına görə, bunu Sen-Marten parlamentinin üzvü Franklin Meyers Bakıda "Sen-Martendə fransız və holland müstəmləkəçiliyi - bir ada, bir xalq, bir tale" mövzusunda konfransda deyib.

"Bu konfrans düzgün istiqamətdə atılmış vacib addımdır, çünki azadlıq bütün insanların fundamental hüququdur", - o bildirib.

F.Meyers müstəmləkə zülmündən əziyyət çəkən xalqların öz müqəddəratını təyin etmək hüququna malik olduğunu qeyd edib. O, BİG-ə bütün dünyada müstəmləkəçiliyin ləğvinə verdiyi töhfəyə görə təşəkkür etdiyini əlavə edib.

Oxşar xəbərlər

Bakıda səsvermə davam edir - FOTOLENT
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
BTQ-nin icraçı direktoru Abbas Abbasov BMT-də beynəlxalq tədbirdə iştirak edəcək
Bakıda vətəndaşlar parlament seçkilərində səs verir - FOTOLENT
BTQ-nin icraçı direktoru BMT-də Afrika əsilli şəxslərin hüquqları üzrə iclasda bəyanatla çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər