Sumqayıt Tibb Mərkəzi: Partlayış zamanı xəsarət alanlardan biri ölüb, digərinin vəziyyəti ağırdır - YENİLƏNİB
Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi səbəbilə xəsarət alan 1 nəfərin (kişi cinsli) müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Xəstəxanasında davam etdirilir.
Bu barədə "Far.Az"un yerli bürosuna Sumqayıt Tibb Mərkəzindən bildirilib.
Başın, boyunun, gövdənin hər iki yuxarı və aşağı ətrafın I-II-III A dərəcəli termiki yanığı (60-65%), yanıq şoku III dərəcə diaqnozları təyin edilən 2007-ci il təvəllüdlü (kişi cinsli) şəxsin Reanimasiya şöbəsində müalicəsi davam etdirilir.
Tibbi personal tərəfindən bütün zəruri tibbi yardımlar göstərilir, vəziyyəti ağır olaraq qalır.
Qeyd edək ki, Reanimasiya şöbəsində müalicəsi davam etdirilən başın, boyunun, gövdənin hər iki yuxarı və aşağı ətrafın I-II-III A dərəcəli termiki yanığı (70-75%), döş qəfəsinin sağ yarısının küt travması, sağtərəfli pnevmatoraks, yanıq şoku III dərəcə diaqnozları təyin edilən 1977-ci il təvəllüdlü (kişi cinsli) şəxsin isə həkimlərin səylərinə baxmayaraq, bu gün ölüm faktı qeydə alınıb.
Sumqayıtda partlayış zamanı xəsarət alan şəxslərdən biri ölüb.
“Far.Az”un yerli bürosu məlumat verir ki, partlayış zamanı xəsarət alan, 1977-ci il təvəllüdlü Ramin Əliyev dünyasını dəyişib.
2007-ci il təvəllüdlü Ayxan Əliyev və 2010-cu il təvəllüdlü Familə Əliyevanın müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, dekabrın 3-də Sumqayıt şəhər 13-cü mikrorayon, 19 saylı binada partlayış baş verib. Nəticədə 6 nəfər xəsarət alıb.
Oxşar xəbərlər
Payız-qış mövsümü ilə bağlı qrip əleyhinə vaksinasiyaya başlanılıb
Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılır
Cəlilabaddakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB-2
Masazırda uçqunda xəsarət alanlardan birinin vəziyyəti ağırdır
Daşkəsəndə partlayış nəticəsində xəsarət alanın son vəziyyəti açıqlanıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda avtobus kişini vuraraq öldürüb
-
Şəkidə yük avtomobili yanıb
-
Azərbaycandakı bankların kredit portfelinin məbləğinə görə renkinqi (01.04.2026)
-
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
-
"Neftçi" və "Qarabağ"dan birgə bəyanat: Azərbaycan futbolu qələbə qazansın!
-
20 yaşadək futbolçulardan ibarət dünya çempionatının finalı Azərbaycanda keçirilə bilər













