Lənkəranda "İstedadların hazırlığı laboratoriyası" VII Beynəlxalq Olimpiadası keçirilib
Lənkəranda "İstedadların hazırlığı laboratoriyası" VII Beynəlxalq Olimpiadası keçirilib.
“Far.Az”un cənub bürosunun məlumatına görə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən bilik yarışmasında azərbaycanlı iştirakçılarla yanaşı, MDB ölkələrindən nümayəndələr də yarışıblar.
14-15 yaşlı yeniyetmələrin iştirak etdiyi Olimpiada riyaziyyat, fizika və kimya fənləri üzrə keçirilib. Olimpiadanın keçirilməsində əsas məqsəd məktəblilər arasında elmi-tədqiqat fəaliyyətinə marağın aşkar edilməsi, onların inkişafı üçün lazımı rəqabət mühitinin formalaşdırılması, elmi biliklərin təbliği, yeniyetmə və gənclərin müvafiq sahələrdə fəaliyyət göstərən alim və tədqiqatçıların təcrübəsindən faydalanması, istedadlı yeniyetmələrin beynəlxalq əlaqələrinin genişlənməsinə şəraitin yaradılmasından ibarətdir.
Gənclər və İdman Nazirlinin müavini İndira Hacıyevanın sözlərinə görə hər il paytaxta keçirilən bu yarışmanın bi dəfə Lənkəranda keçirilməsi təsadüfi deyil. Çünki Lənkəran 2024-cü il üçün Gənclər Paytaxtıdır, həm də Türk Dünyasının Gənclər Paytaxtı elan olunub.
“İstedadların hazırlığı laboratoriyası” təcrübə xarakteri daşıyır və bu sahədə bütövlüklə yeni milli modeldir. Qoyduğu məqsədlərə, istifadə etdikləri fərqli mexanizmlərə, birləşdirdiyi mütəxəssis və peşəkarların tərkibinə görə, bu layihə unikaldır. Keçirilən Olimpiada yeniyetmələrin yalnız fənn üzrə biliklərini yox, qeyri-standart düşünmə bacarıqlarını, orijinal məsələlərin həlli üçün məntiqin inkişafını qiymətləndirməyə imkan verir. Həmçinin dünyaya bir barış mesajı verildi ki, bütün münaqişələr, fikir ayrılıqları belə həmrəylik görüşlərində, intellekt və yarış meydanlarındakı kimi həll olunsa bütün dünya üçün çox yaxşı olar.
Hər üç fənnin nəticələrinə əsasən, 3-cü yeri Azərbaycan, 2-ci yeri Belarusiya və 1-ci yeri Rusiya Federasiyası məktəbliləri qazanıb.
Mükafatlandırma mərasimində Olimpiada qalibləri diplom və dəyərli hədiyyələr ilə mükafatlandırıldı.
Qeyd edək ki, 2013-cü ildən başlayaraq, hər il respublika səviyyəsində keçirilən Olimpiadaya 2017-ci ildə beynəlxalq status verilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - YENİLƏNİB-4
Fərid Qayıbov: Avqust ayı Azərbaycan idman tarixinə yeni qələbələr, tarixi uğurlar və rekordlarla yazıldı
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
AIFC-nin idarəedici direktoru: “Azərbaycan "yaşıl maliyyələşmə" üzrə regional liderə çevrilə bilər” - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in yeni rəhbəri kimdir?
-
Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər
-
Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub
-
Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü
-
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin!














