"Formula 1": "McLaren" 1998-ci ildən bəri ilk dəfə Konstruktorlar Kubokunu qazanıb
Britaniyanın "McLaren" komandası "Formula 1" üzrə 2024-cü il mövsümünün Konstruktorlar Kubokunun qalibi olub.
"Report" xəbər verir ki, "McLaren"in britaniyalı pilotu Lando Norris mövsümün sonuncu, XXIV mərhələsi olan Əbu-Dabi Qran-prisində finiş xəttini birinci keçib.
İkinci və üçüncü yerləri "Ferrari"nin pilotları - müvafiq olaraq ispaniyalı Karlos Sayns və monakolu Şarl Lekler tutublar. Lakin bu, İtaliya klubunun komanda hesabında "McLaren"ə çatmasına kömək etməyib. Daha əvvəl "Red Bull"dan olan niderlandlı Maks Ferstappen ardıcıl dördüncü dəfə dünya çempionu olub.
"McLaren" mövsümün yekununda 666 xal toplayıb. "Ferrari" 652 xalla ikinci, "Red Bull" 589 xalla üçüncü olub.
"McLaren" "Formula 1"in komanda yarışını doqquzuncu, 1998-ci ildən bəri ilk dəfə qazanıb. Ferstappen çempionatı 437 xalla başa vurub, ikinci yeri Norris (374 xal), üçüncü yeri isə Lekler (356) tutub.
Qeyd edək ki, 2025-ci il mövsümünün ilk mərhələsi martın 14-16-da Avstraliyada keçiriləcək.
Oxşar xəbərlər
"Formula 1": "McLaren" pilotu Bakıda qalib olub, yarışın sonunda qəza baş verib - YENİLƏNİB - 5
"Formula 1" üzrə Azərbaycan Qran-prisi: "McLaren" pilotu liderliyi ələ keçirib - YENİLƏNİB - 2
"Formula 1": Azərbaycan Qran-prisinin qalibi bu gün bəlli olacaq
"Formula 1": Azərbaycan Qran-prisində maraqlı statistik göstəricilər qeydə alınıb
Ferstappen Qətər Qran-prisinin sıralama turundakı qələbəsindən məhrum edilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TÜRKPA Milli Məclisin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq qərarını dəstəkləyib
-
Sumqayıtda Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanılıb
-
Çin BMT-nin Livandakı missiyasının dayandırılmasına qarşıdır
-
ABŞ qüvvələri Hörmüz boğazında saxladığı gəmilərin sayını açıqlayıb
-
Azərbaycan EBRD ilə Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafını müzakirə edib
-
Naib Əlizadə ilə bağlı ƏMR













