Azərbaycan və Səudiyyə Ərəbistanı investisiyaların təşviqini müzakirə edib
Azərbaycan və Səudiyyə Ərəbistanı ticarət və investisiyaların təşviqi imkanlarını müzakirə edib.
İqtisadiyyat Nazirliyindən “Far.Az”a verilən məlumata görə, bu barədə müzakirələr nazir Mikayıl Cabbarovun Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində təşkil edilmiş görüşlərdə aparılıb.
M. Cabbarov Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid bin Əbdüləziz Əl - Falihlə görüşüb. Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin inkişaf etdiyi, biznes dairələri arasında işgüzar münasibətlərin genişləndiyi vurğulanıb. Tərəflər ölkələrimizin dayanıqlı inkişaf hədəflərinə uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi, ticarət və investisiyaların təşviqi imkanlarını müzakirə ediblər.
Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudla keçirilən görüşdə ölkələrimizin "yaşıl enerji" gündəliyinin prioritet istiqamətləri, bu sahədə birgə fəaliyyətin uğurlu nəticələri və ölkələrimiz üçün faydaları barədə fikir mübadiləsi aparılıb. Enerji keçidində potensial layihələr üzrə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
Görüşdə bərpa olunan enerjinin səmərəliliyinin, alternativ enerji mənbələrinin enerji sektorunda payının artırılmasının ölkəmizin iqtisadi inkişaf strategiyasında vacib məsələlərdən olduğu diqqətə çatdırılıb. Bu istiqamətdə Səudiyyə Ərəbistanı Krallığı ilə əməkdaşlığa önəm verildiyi qeyd olunub.
Oxşar xəbərlər
İqtisadi inkişafda davamlı artan rəqabətli iqtisadiyyatın rolu - ANALİZ
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Mikayıl Cabbarov Kubanıçbek Omuralıyevlə TDT çərçivəsində iqtisadi tərəfdaşlığı müzakirə edib
Azərbaycan və Səudiyyə nazirləri ticarət və investisiya artımını sürətləndirməyin yollarını müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
Rumıniyada güclü zəlzələ baş verib
-
Norveçdə pensiya yaşı artırıla bilər













