Türkiyə Suriyada terrorçulara qarşı əməliyyata başlayıb, çoxlu sayda texnika məhv edilib
Far.Az xəbər saytı

Türkiyə Suriyada terrorçulara qarşı əməliyyata başlayıb, çoxlu sayda texnika məhv edilib


Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyada terrorçulara qarşı əməliyyata başlayıb.

"Far.Az" "TRT Haber"ə istinadən xəbər verir ki, MİT Suriyadakı vəziyyətdən sui-istifadə etmək istəyən PKK/YPG terror təşkilatının Kamışlı bölgəsində Bəşər Əsəd rejimindən qalan raket, ağır silah və sursatları ərazidən çıxarmaq istədiyini müəyyənləşdirib.

Bundan sonra əməliyyata başlanılıb. Nəticədə raket və ağır silahlarla dolu 12 tır, iki tank və iki sursat anbarı məhv edilib.

Məlumata görə, terrorçular həmin silahlardan Türkiyə Silahlı Qüvvələrinə qarşı istifadə etmək istəyib.

MİT mənbələri bildirib ki, regionda terrorçulara qarşı mübarizə davam edəcək.

Oxşar xəbərlər

İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Türkiyəni regional savaşa qatmaq cəhdi – 93 ildir əməl olunan Atatürk vəsiyyəti - ANALİZ
Fransızların, əsədlərin dandığı türkmən varlığı – Suriya imtahanla üz-üzə - ŞƏRH
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər