Fahrettin Altun: Türkiyə qarşıdakı dövrdə də Suriyanın yanında olacaq
Far.Az xəbər saytı

Fahrettin Altun: Türkiyə qarşıdakı dövrdə də Suriyanın yanında olacaq


Türkiyə qarşıdakı dövrdə də Suriyanın yanında olacaq.

“Report” “Habertük”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının kommunikasiyalar şöbəsinin müdiri Fahrettin Altun jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Türkiyə son 13 ildə olduğu kimi, bundan sonra da Suriya xalqını dəstəkləyəcək: “Suriya bizim qonşumuzdur, Suriya xalqı bizim qardaşımızdır”.

F.Altun söyləyib ki, son 13 ildə Suriyada müasir tarixdə və bəşəriyyət tarixində barmaqla sayıla biləcək dəhşətlər olub: “Bir milyona yaxın insan həyatını itirdi, 12 milyon insan ölkəsindən didərgin salındı. Suriyalı qaçqınların sayı 4 milyonu keçdi. İndi isə onların sayı təxminən 2, 9 milyondur. Hüzur, sabitlik təmin olunanda, əlbəttə, bu insanlar geri qayıdacaqlar, qayıtmağı arzulayacaqlar”.

Türkiyə PA rəsmisi, həmçinin qeyd edib ki, baş verənlər böyük və güclü Türkiyənin dünya siyasətinə necə təsir göstərdiyini, sadəcə Yaxın Şərq, Balkanlar, Qafqaz və Qara dəniz deyil, həm də Afrika geosiyasətinə təsir edən vacib bir qlobal oyunçu olduğunu göstərir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində noyabr üçün qəbul cədvəli açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər