Naxçıvanda azərbaycanlı və türkiyəli şəhid ailələrinin üzvləri üçün “Yay düşərgəsi” keçirilir
Far.Az xəbər saytı

Naxçıvanda azərbaycanlı və türkiyəli şəhid ailələrinin üzvləri üçün “Yay düşərgəsi” keçirilir


“YAŞAT” Fondunun təşkilatçılığı ilə Naxçıvanda azərbaycanlı və türkiyəli şəhid ailəsi üzvləri üçün “Yay düşərgəsi” keçirilir.

"Far.Az"un yerli bürosu xəbər verir ki, “YAŞAT” Fondunun təşkilatçılığı, “Azərbaycan Hava Yolları”nın, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin, Türkiyə Gənclik və İdman Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının tərəfdaşlığı, “Nar”ın sponsorluğu ilə Naxçıvanda açılan “Yay düşərgə”si avqustun 24-nə qədər davam edəcək.

Bildirilib ki, layihə Azərbaycan-Türkiyə sahəvi əməkdaşlığının sistemləşdirilməsi və dərinləşdirilməsinə dair fəaliyyət istiqamətləri və Azərbaycan-Türkiyə əməkdaşlığına dair qəbul edilmiş Fəaliyyət Planına əsasən icra olunur.

Düşərgə çərçivəsində 15-17 yaş aralığında 50-ə yaxın türkiyəli və azərbaycanlı şəhid ailəsi üzvləri dörd gün ərzində Naxçıvan Muxtar Respublikasında bir araya gəliblər. Proqram müddətində iştirakçıların müxtəlif ekskursiya və gəzintilərdə iştirakı planlaşdırılıb.

“Yay düşərgəsi”nin açılış mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov iştirak ediblər.

Bildirilib ki, Azərbaycan ilə Türkiyə arasında bütün sahələr üzrə əməkdaşlığın, dostluğun və qardaşlığın bariz nümunəsi kimi belə layihələrin “YAŞAT” Fondu tərəfindən davamlı həyata keçirilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər

Naxçıvanda  "YAŞAT” Fondunun “Yay düşərgəsi"nin açılış mərasimi keçirilir
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
“Bakcell”in dəstəyi ilə şəhid övladları üçün yay düşərgəsi təşkil olunub
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2 - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər