Xankəndidə "Yaradan" sənədli filminin təqdimatı keçirilib
Qarabağ Universitetində "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin istehsalı və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə ərsəyə gələn "Yaradan" sənədli filminin təqdimatı olub.
"Report" bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir.
Bildirilib ki, ekran əsəri Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma proseslərini, doğma torpaqlarına qayıdan keçmiş məcburi köçkünlərin həyat hekayələrini və xalqımızın dirçəliş ruhunu əks etdirir.
Qeyd olunub ki, ssenari müəllifi Ayaz Mirzəyev çıxış edərək filmin ideyası barədə məlumat verib. Bildirib ki, film Qarabağın işğaldan azad olunmasından sonra bölgədə aparılan bərpa-quruculuq işlərini və bu torpaqlarda həyatın yenidən bərpa olunmasını tamaşaçılara çatdırmaq məqsədilə hazırlanıb. "Yaradan" filmi yalnız faktları və hadisələri deyil, həmçinin Azərbaycan vətəndaşının mənəvi dirçəlişini göstərir.
Sonra dağıntıdan şəhər, xatirədən gələcək, kədərdən qürur yaradan xalqın hekayəsi adlandırılan "Yaradan" filmi nümayiş olunub.
Filmin nümayişindən sonra ssenari müəllifi Ayaz Mirzəyev Qarabağın və Şərqi Zəngəzurun abidələrindən bəhs edən kitabları Qarabağ Universitetinin kitabxanasına hədiyyə edib.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
Arzu Əliyeva "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kobaxidze: Zurab Pataradzenin səfirliyi dövründə Azərbaycanla münasibətlər yeni mərhələyə yüksəlib
-
Ailəsi tərəfindən atılan üç azyaşlı uşağın SON VƏZİYYƏTİ
-
Kamran İmanov: Süni intellekt əqli mülkiyyətin inkişafına mühüm töhfə verir
-
Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib - SİYAHI
-
Les Echos: Paris və Afina Kiyevə "Mirage" qırıcılarının təhvili ilə bağlı danışıqlar aparırlar
-
Azərbaycanda çimərlik futbolu üzrə Superliqa və Gənclər Liqasının təşkili iyunda nəzərdə tutulub













