Azərbaycan və Türkiyədən 13 nəfərin olduğu gəmi fəlakətə uğrayıb
Heyətində Azərbaycan və Türkiyədən 13 nəfərin olduğu gəmi Kerç boğazında fəlakətə uğrayıb: onlar dənizə çıxa bilmirlər, su və ərzaq ehtiyatları isə tükənir.
“Far.Az” xəbər verir ki, bu barədə TASS-a Rusiya Dənizçilərinin Həmkarlar İttifaqından məlumat verilib.
"Türk gəmi sahibinə məxsus olan və Syerra-Leone bayrağı altında üzən "Lady Fortune" gəmisinin heyəti müraciət edib. Onlar bir neçə gün bundan əvvəl Kerçdən çıxıb Türkiyəyə getməli idilər. Lakin hazırda bu mümkün deyil - su ehtiyatı demək olar ki, qurtarıb, ərzaq da tükənmək üzrədir, gəminin texniki vəziyyəti, mürəkkəb hava şəraiti və işəgötürənin vicdansız olması, yəni artıq altı aydır ki, onlara maaş verilməməsi ilə əlaqədar daha da ağırlaşır", - Həmkarlar İttifaqının nümayəndəsi bildirib.
O, heyət üzvlərindən birinin Türkiyə, digərlərinin isə Azərbaycan vətəndaşı olduğunu qeyd edib.
"Hazırda onlar Kerç boğazındadırlar, fəlakət siqnalı veriblər, lakin bu, əlverişsiz hava şəraiti ilə deyil, məhz onların aclıqla üzləşməsi ilə bağlıdır. Heyət Beynəlxalq Dənizçilər Həmkarlar İttifaqı ilə əlaqə saxlaya bilmədiyi üçün Rusiya Dənizçilərinin Həmkarlar İttifaqına müraciət edib", - nümayəndə əlavə edib.
Oxşar xəbərlər
Kerç boğazında Rusiyanın tankeri batmaq üzrədir
İki tankerin qəzaya uğraması nəticəsində Qara dənizdə neft sızması baş verib – YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Britaniya XİN: Tayvan boğazında eskalasiya təhlükəsi var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
-
Məsim Məmmədov: "Laçın rayonundan olan 980 ailə doğma torpaqlarına qayıdıb"
-
Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
-
Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
-
Marta Kos: Albaniya islahat tempini qorusa, 2030-cu ilədək Aİ-yə qoşula bilər
-
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb - YENİLƏNİB-6












