Azərbaycanda qeyri-qanuni tikililərin sayı açıqlanıb
Azərbaycanda 400 minə yaxın qeyri-qanuni tikili qeydə alınıb.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov Torpaq Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, pandemiya səbəbindən qeyri-qanuni tikililərin inventarlaşdırılması prosesi tam başa çatdırıla bilməyib: “Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri və yerli müşahidə orqanları tərəfindən həyata keçirilən bu proses müəyyən mərhələdə dayandırılıb. İşçi qrupları qeyri-qanuni tikililərin qanuni çərçivəyə gətirilməsi ilə bağlı işlərini davam etdirir, lakin bu proses tikililərin dəqiq sayını müəyyənləşdirmək məqsədi daşımır. İnventarlaşdırma zamanı toplanmış ilkin məlumatlara əsasən, ölkə üzrə 400 minə yaxın qeyri-qanuni tikilinin olduğu qeyd edilir və hazırda bu rəqəm dəqiqləşdirilir”.
R. Şahbazov əlavə edib ki, mühafizə zonalarına düşən tikililərlə bağlı vəziyyət daha fərqli yanaşma tələb edir: "Yüksək gərginlikli elektrik xətləri, qaz və su boruları, avtomobil yolları kimi ərazilərdə yerləşən tikililər xüsusi mühafizə zonalarına daxil edilir və fərqli normativlərlə tənzimlənir. Hər yaşayış məntəqəsi üçün spesifik şərtlər mövcuddur və bu sahələrdə yerləşən tikililərin hüquqi statusunun müəyyən edilməsi üçün xüsusi standartların təsdiq edilməsi üzərində işlər davam etdirilir. Vahid kadastr sistemi vasitəsilə müvafiq dövlət orqanlarının təqdim etdiyi məlumatlar əsasında hansı tikililərin mühafizə zonalarına düşdüyü müəyyən edilir. Hazırda bu istiqamətdə müvafiq qanun layihəsinin hazırlanması prosesi gedir”.
Oxşar xəbərlər
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Azərbaycanda torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqlənib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Rüstəm Şahbazov: "İşğaldan azad edilmiş ərazilərdə torpaqlar 2 istiqamətdə idarə ediləcək"
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ"ın "Çelsi" ilə oyundan sonra qazandığı məbləğ məlum oldu
-
Bakı Kitab Mərkəzində "Zəfər sevinci" adlı musiqili-ədəbi gecə keçirilib
-
Yatarkən ehtiyatlı olun - Mütləq...
-
Qurban Qurbanov: "Möhtəşəm dəstəyə görə azarkeşlərə təşəkkür edirəm"
-
Putin nüvə silahı sınaqlarına hazırlıqla bağlı tapşırıq verdi
-
71 saylı avtobusdan istifadə edənlərə ŞAD XƏBƏR! YENİLƏNDİ...













