Səhiyyə nazirinin müavini: "Semaşko" modeli sovet dövründə yaxşı işləyirdi
Far.Az xəbər saytı

Səhiyyə nazirinin müavini: "Semaşko" modeli sovet dövründə yaxşı işləyirdi


"Semaşko" modeli sovet dövründə yaxşı işləyirdi.

"Report" xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov Səhiyyə İdarəçiləri Zirvəsi çərçivəsində keçirilən paneldə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, zaman keçdikcə dünyanın qabaqcıl inkişaf etmiş ölkələrinin təcrübəsindən yararlanmağa başlanıldı:

"Sovet sistemindən müasir idarəçilik sisteminə keçid dövrü oldu. Bu müddətdə ölkədə səhiyyə sisteminin möhkəmləndirilməsi istiqamətində xeyli iş və islahatlar icra olunub. Maddi-texniki bazanın gücləndirilməsi də əsas faktordur. Misal olaraq, bu müddət ərzində 800-ə yaxın tibb müəssisəsi ya yenidən qurulub, ya da əsaslı təmir olunub. Tibb təhsili sistemində ciddi islahatlar aparılıb".

Nazir müavini qeyd edib ki, icbari tibbi sığortanın tətbiqi ilə səhiyyənin maliyyələşməsi xeyli artıb, eləcə də vətəndaşların tibbi xidmətlər üçün cibdən xərcləri azalıb: "Müasir səhiyyə idarəçiliyi pasiyentyönümlü yanaşmadır. Hər bir vətəndaşın hüququ var ki, düzgün yerdə düzgün kadr tərəfindən düzgün tibbi yardım ala bilsin".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Agentlik rəsmisi: Cibdən ödənişlərin böyük hissəsini dərman vasitələrinə sərf olunan pullar təşkil edir
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Sədr: İcbari tibbi sığortada gələcəkdə müxtəlif ödəniş mexanizmləri tətbiq edilə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər