Agentlik rəsmisi: Cibdən ödənişlərin böyük hissəsini dərman vasitələrinə sərf olunan pullar təşkil edir
Far.Az xəbər saytı

Agentlik rəsmisi: Cibdən ödənişlərin böyük hissəsini dərman vasitələrinə sərf olunan pullar təşkil edir


Cibdən ödənişlərin böyük hissəsini dərman vasitələrinə sərf olunan pullar təşkil edir.

"Far.Az" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji İnkişaf və İqtisadi təhlil departamentinin rəhbəri Ramil Muxtarzadə Səhiyyə İdarəçiləri Zirvəsi çərçivəsində keçirilən paneldə çıxışı zamanı deyib.

O bildirib ki, icbari tibbi sığortanın tətbiqindən sonra ölkədə cibdən ödənişlərdə azalma müşahidə olunur:

"Cibdən ödənişlərin də daha da azaldılması yönündə addımlar atılır. Cibdən ödənişlərin böyük hissəsini dərman vasitələrinə sərf olunan pullar təşkil edir. Bunu nəzərə alaraq artıq gələn ildən etibarən ambulator dərman vasitələrinin icbari tibbi sığorta çərçivəsində təmin edilməsi nəzərdə tutulub. Hazırda həmin qərarın tətbiqi üçün qaydaların üzərində işlənilir".

Qeyd edək ki, ambulator dərman vasitələrinin təminatına gələn ilin 6 ayı üzrə 40 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. İlk mərhələdə ürək-damar sistemi, ikinci mərhələdə həzm sistemi, üçüncü mərhələdə isə tənəffüs sistemi xəstəlikləri üçün dərmanlar olacaq. Ambulatorda dərman təminatına ilin ikinci yarısı başlanılacaq.

Oxşar xəbərlər

Sədr: İcbari tibbi sığortada gələcəkdə müxtəlif ödəniş mexanizmləri tətbiq edilə bilər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xərçəng hüceyrələrinin aşkarlanması xərclərinin icbari tibbi sığorta təminatına alınması təklif edilib
Bir çox travmatoloji xidmətin icbari tibbi sığortaya əlavə edilməsi planlaşdırılır
Azərbaycanda könüllü sığorta 12%, icbari sığorta isə 3% artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər