Sami Yusufun Qarabağa həsr etdiyi əsər beş ildən sonra yayımlandı
Dünyaca məşhur müğənni Sami Yusuf "Qarabağımsan" adlı mahnısını təqdim edib.
Far.Az xəbər verir ki, müğənni bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.
O bildirib ki, musiqi kompozisiyası beş il əvvəl hazırlanıb.
Müğənninin sözlərinə görə, bu əsər Qarabağın insanlarına və həmin gözəl diyara ünvanlanmış sevgi məktubu, sevgi nəğməsidir. Əsər COVID-19 pandemiyası dövründə yazılıb.
Sami Yusuf paylaşımında bildirib:
"Musiqiçilər və xor üzvləri müxtəlif günlərdə və gecələrdə öz ifalarını lentə aldılar. Onların bir çoxu Dövlət Filarmoniyasının üzvləri, digərləri isə ənənəvi Azərbaycan musiqi alətlərinin tanınmış ustalarıdır. Bu əsəri sifariş edən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, xüsusilə də layihənin əsas hərəkətverici qüvvəsi olan professor Sevda Məmmədəliyevaya səmimi təşəkkürümü bildirirəm".
Qeyd edək ki, əsərin sözləri Aytən İsmixanovaya məxsusdur.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Evli iş adamı ilə eşq yaşayan və hazırda ektrasens olan MÜĞƏNNİNİN HEKAYƏSİ
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib
-
Premyer Liqa: VII turun açılış oyununda "Kəpəz" "Araz-Naxçıvan"ı məğlub edib
-
Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub
-
Tokayev: Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik
-
Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir
-
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşada olublar













