Evli iş adamı ilə eşq yaşayan və hazırda ektrasens olan MÜĞƏNNİNİN HEKAYƏSİ
Bir vaxtlar hamının sevərək dinlədiyi "VIA Qra" qrupunun solisti Nadejda Meyher-Qranovskaya hazırkı şəxsi həyatı və fəaliyyəti illər sonra maraq doğurub. Sənətçi xeyli vaxtdan sonra sosial şəbəkələrdə paylaşımları ilə gündəmə gəlib. Məlumata görə, keçmiş "VIA Qra" solisti hazırda Avropada yaşayır və o fəaliyyət istiqamətini tamamilə dəyişib.
Far.Az xəbər verir ki, 44 yaşlı Nadejda Qranovskaya uzun illər səhnədə "VIA Qra" qrupunun parlaq siması kimi tanınıb. Onun ulduzu ilk dəfə 2000-ci ildə parıldayıb.
Belə ki, ukraynalı müğənni Xmelnytskidə yaşadığı vaxtlar müğənni Valeri Meladzenin prodüser və bəstəkar Konstantin Meladze qızlar qrupu yaratmaq qərarına gəlir. Nadejda öz fotolarını bu kastinqə göndərərək şansını sınayır. Nəticədə o, qrupa dəvət alır və "Qranovskaya" səhnə adı ilə "VIA Qra"nın solistlərindən birinə çevrilir.
Daha sonra 2000-2011-ci illərdə qrupun tərkibində olur. Bu müddət ərzində o, həm ilk, həm də qrupun ən populyar hesab edilən "qızıl" heyətində yer alaraq ən uzunömürlü solistlərdən biri kimi yadda qalır.
2011-ci ildə "VIA Qra"dan ayrılan müğənni bu dəfə səhnəyə qayıtmamaq qərarı verir. Daha sonra o, aparıcılıq edir, şeirlər yazır, geyim kolleksiyaları təqdim edir və solo musiqi layihələri üzərində çalışır.
2024-cü ildə isə Nadejda Meyher-Qranovskaya ictimaiyyəti təəccübləndirən yeni fəaliyyəti ilə gündəmə gəlir.
Keçmiş estrada ulduzu sosial şəbəkələrdə bloq yaradaraq özünü ekstrasens kimi təqdim etməyə başlayır. Canlı yayımlar zamanı o, "enerjilər" və "müxtəlif varlıqlarla ünsiyyət"i barədə danışır.
Qranovskaya bildirir ki, bu xüsusiyyətləri özündə hələ uşaqlıq illərindən hiss etsə də, yalnız son illərdə onları dərk edib və indi bunları izləyiciləri ilə bölüşür. Onun yeni sosial media hesabını hazırda təxminən 3000 nəfər izləyir.
Hazırda o, fəaliyyətini Nadejda Meyher Urjumtseva adı altında davam etdirir. Sənətçi bu soyadı biznesmen həyat yoldaşı Mixail Urjumtsevdən götürüb. O rusiyalı iş adamı Mixail Urjumtsev ilə ailə qurduqdan sonra Almaniyaya köçüb. Nadejda Mixail ilə tanış olanda o evli olub. Daha sonra Mixail həyat yoldaşından boşanaraq 2014-cü ildə Nadejda ilə ailə qurub.
Onların bu evlilikdən iki qızı dünyaya gəlib. Hazırda Anna 14 yaşında, Mariya isə 11 yaşındadır.
Qeyd edək ki, Nadejdanın İqor adlı oğlu da var. O 2002-ci ildə doğulub. İqor atası Ukraynanın keçmiş deputatı olub.
Məlumat üçün bildirək ki, "VIA Qra" qrupu ilk dəfə 2000-ci ildə Kiyevdə yaradılıb.
25 il fəaliyyət göstərən qrup ötən il dağılıb. Bir müddət əvvəl məşhur prodüser və bəstəkar Konstantin Meladze instaqramda paylaşım edərək qrupun sonuncu dəfə "Galileo" adlı mahnı təqdim etdiyini bundan sonra isə fəaliyyətini dayandırdığını açıqlayıb.
Qrupun üzvləri arasında Vera Brejneva, Nadejda Qranovskaya, Anna Sedokova, Svetlana Loboda, Albina Canabayeva, Alyona Vinnitskaya kimi məşhur simalar olublar.
Qalereya
Oxşar xəbərlər
Məşhurlardan 29 Oktyabr – Cümhuriyyət bayramı PAYLAŞIMLARI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Məşhur müğənni niyə səhnədə niyə açıq-saçıq geyimlər geyinmir?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gəncədə qonşular arasında dava - Bıçaqlanan var
-
Xankəndidə "Yaradan" sənədli filminin təqdimatı keçirilib
-
Avropa çempionatında üçüncü olan Jalə Əliyeva: "Məqsədim qızıl medal qazanmaq idi"
-
Türkiyədə məktəblərdə baş verən cinayətlər fonunda Təhsil Nazirliyində kadr dəyişikliyi olub
-
Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Avropa çempionatında bürünc medal qazanıb
-
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb













