Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib
Far.Az xəbər saytı

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib


Avropa İttifaqı Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib və ölkənin enerji infrastrukturuna davam edən hücumlar və qışa hazırlıqlar kontekstində bunun xüsusi əhəmiyyətini vurğulayıb.

Bu barədə Avropa İttifaqının Xarici Əlaqələr üzrə Avropa Xidmətinin (EEAS) nümayəndəsi "Far.Az"un Avropa bürosuna bildirib.

"Azərbaycan Aİ üçün etibarlı enerji tərəfdaşıdır və Ukraynaya lazımi dəstəyə töhfə verir. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfəri zamanı qeyd etdiyi kimi, Aİ Ukraynaya göstərdiyi humanitar yardıma görə Azərbaycana minnətdardır", - deyə nümayəndə "Far.Az"un sorğusuna cavab olaraq vurğulayıb.

Onun sözlərinə görə, Avropa İttifaqı və üzv dövlətlərin dəstəyi ilə yanaşı, Azərbaycan da daxil olmaqla, digər beynəlxalq tərəfdaşların köməyi də mühüm rol oynayır. Bu, Ukraynanın təcili ehtiyaclarını ödəməyə və onun dayanıqlığını gücləndirməyə kömək edir.

Aİ-nin xarici siyasət rəsmisi qeyd edib ki, Rusiyanın Ukrayna şəhərlərinə, vacib infrastruktur obyektlərinə və mülki şəxslərə qarşı davam edən hücumları, xüsusən də qış yaxınlaşdıqca sakinləri qorxutmaq, iqtisadiyyatı sarsıtmaq və ölkənin dayanıqlığını zəiflətmək məqsədi daşıyır.

Xatırladaq ki, oktyabrın 7-də Azərbaycan Ukraynaya humanitar yardım olaraq daha bir elektrik avadanlıqları partiyası göndərib. Yükün ümumi dəyəri 2,5 milyon manat olub. Buraya transformatorlar, 186 km elektrik kabelləri, naqillər və Ukraynanın enerji infrastrukturunun bərpası üçün zəruri olan digər avadanlıqlar daxil olub.

Oxşar xəbərlər

İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər