Seulda parlament binasında yanğın baş verib, 480 nəfər təxliyə edilib
Far.Az xəbər saytı

Seulda parlament binasında yanğın baş verib, 480 nəfər təxliyə edilib


Cənubi Koreyanın parlament binasından yanğın səbəbindən təxminən 480 nəfər təxliyə edilib.

Bu barədə “Far.Az” “Yonhap” agentliyinə istinadən xəbər verir.

"Yanğın Bakı vaxtı ilə 06:52-də Seulun Yoido rayonunda parlament kompleksinin qəbul zalında başlayıb. Binadan jurnalistlər və toy qonaqları da daxil olmaqla 480 nəfər təxliyə edilib. Onlar mətbuat konfransları və toy mərasimlərinin keçirildiyi xüsusi qəbul zallarında olublar", - məlumatda qeyd edilib.

Azı altı nəfər tüstüdən zəhərlənmə səbəbindən tibbi yardım üçün müraciət edib.

Məlumata görə, hazırda yanğın söndürülüb.

Oxşar xəbərlər

TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti müşavirə keçirilib
Seulda parlament binası qarşısında yüzlərlə insan hərbi vəziyyətin tətbiqinə etiraz edir
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycanla Cənubi Koreya arasında birbaşa uçuşlar həyata keçiriləcək
Cənubi Koreyanın prezidenti vaxtından əvvəl istefa verir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər