Pakistanda terror hücumu nəticəsində azı 16 hərbçi ölüb
Far.Az xəbər saytı

Pakistanda terror hücumu nəticəsində azı 16 hərbçi ölüb


Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində hərbi nəzarət-buraxılış məntəqəsinə hökumətə müxalif qruplara məxsus döyüşçülərin hücumu nəticəsində azı 16 Pakistan hərbçisi ölüb, beş nəfər ağır yaralanıb.

“Far.Az” bu barədə “The Times of India”ya istinadən xəbər verir.

Məlumata görə, hadisə şənbə gecəsi Pakistanın Əfqanıstanla sərhədindən 40 kilometr məsafədə yerləşən Makin rayonunda baş verib. Hücumda 30 yaraqlı iştirak edib və onlarla döyüş bir neçə saat davam edib.

Bildirilib ki, terrorçular nəzarət-buraxılış məntəqəsini ələ keçirməyə, oradakı rabitə avadanlığını məhv etməyə və silahları ələ keçirməyə nail olublar.

Oxşar xəbərlər

Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Pakistan mətbuatı Mehriban Əliyevanın rəhbərliyi altında həyata keçirilən humanitar layihələrdən yazıb
Pakistan mətbuatı Mehriban Əliyevanın rəhbərliyi altında həyata keçirilən humanitar layihələrdən yazıb
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər