Bayden gələn ilin martına kimi ölkədə fasiləsiz maliyyələşməni təmin edən qanunu imzalayıb
Far.Az xəbər saytı

Bayden gələn ilin martına kimi ölkədə fasiləsiz maliyyələşməni təmin edən qanunu imzalayıb


ABŞ Prezidenti Cozef Bayden gələn ilin martına kimi ölkədə fasiləsiz maliyyələşməni təmin edən qanunu imzalayıb.

"Report" xəbər verir ki, bununla bağlı Ağ Evin yaydığı məlumatda deyilir.

Qanun hökumətin maliyyələşdirməsini 14 mart 2025-ci ilə qədər mövcud səviyyədə saxlamağa imkan verəcək.

Bununla yanaşı, fermerlərə iqtisadi yardım üçün təxminən 10 milyard, təbii fəlakətlərin aradan qaldırılması üçün 100 milyard dollardan çox vəsait ayırılması nəzərdə tutulur.

Qanunun qəbulu ölkədə yeni prezident Donald Trampın yanvarın 20-də andiçmə mərasiminə qədər şatdaunun (hökumətin fəaliyyətini dayandırması) qarşısını alıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Donald Trampın məsuliyyəti: “Amerikanı yenidən möhtəşəm et” - ŞƏRH  

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər