Rusiyanın “Drujba” magistral neft kəmərinin işini təmin edən obyektə zərbə endirilib
Rusiyanın Oryol vilayətində yerləşən Stalnoy Kon qəsəbəsindəki neft anbarına növbəti dəfə dron hücumu olub.
“Report” xəbər verir ki, bu barədə regionun qubernatoru Andrey Klıçkov bildirib.
“Hazırda Oryol vilayəti yenidən düşmən PUA-larının kütləvi hücumuna məruz qalır və bunun nəticəsində Oryol bələdiyyə dairəsinin Stalnoy Kon qəsəbəsində yanacaq infrastrukturu obyektində yenidən yanğın baş verib”, – o qeyd edib.
Qubernator itkilər barədə məlumat olmadığını, yanğının nəticələrinin aradan qaldırılması üçün tədbirlər görüldüyünü vurğulayıb.
Xatırladaq ki, sözügedən neft anbarına öncəki hücum dekabrın 14-də olmuşdu. “Neft Kapital” onlayn nəşri həmin hadisəni şərh edərkən “Stalnoy Kon” neft anbarını sadəcə neft və neft məhsullarının saxlanma yeri deyil, “Drujba” magistral neft kəmərinin işini təmin edən bir obyekt olduğunu .
Ümumiyyətlə, “Stalnoy Kon”a pilotsuz uçuş aparatları ilə ilk zərbə 2022-ci ilin noyabrında endirilmişdi.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Rusiyanın Oryol vilayətində neft anbarına hücum olub
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Rusiyanın 7 regionuna kütləvi dron hücumu olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib













