Səudiyyənin Əfqanıstandakı səfirliyi fəaliyyətini bərpa edib
Far.Az xəbər saytı

Səudiyyənin Əfqanıstandakı səfirliyi fəaliyyətini bərpa edib


Səudiyyə Ərəbistanı 2021-ci ildə "Taliban" hərəkatının Əfqanıstana nəzarəti ələ keçirməsindən üç il sonra Kabildəki səfirliyinin fəaliyyətini bərpa edib.

“Far.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə səfirliyin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

"Qardaş Əfqanıstan xalqına bütün növ xidmətlərin göstərilməsi üçün ölkənin Kabildəki nümayəndəliyinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı qərar qəbul edilib", - paylaşımda qeyd olunub.

Taliblər 2021-ci ilin avqustunda Əfqanıstan paytaxtının bütün rayonlarına nəzarəti ələ keçirdiklərini bəyan etdikdən dərhal sonra krallıq diplomatik missiyanın bütün əməkdaşlarını təxliyə edib. 3 ay sonra Ər-Riyad Kabildəki səfirliyin konsulluq şöbəsinin fəaliyyətini bərpa etməyə qərar verib. 2023-cü ilin fevralında Səudiyyə Ərəbistanının bütün diplomatları təhlükəsizlik səbəbindən yenidən Əfqanıstanı tərk edərək krallıq ərazisinə qayıdıblar.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Taliban” BMT-nin xüsusi məruzəçisinin Əfqanıstana girişini qadağan edib
Azərbaycanın Fransadakı səfirliyinin konsulluq bölməsi səyyar xidmət göstərəcək
Azərbaycanla İran arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib
Ər-Riyad və Bakı BMT-nin COP29 iqlim konfransı və COP16 səhralaşma konfransı çərçivəsində əməkdaşlıq edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər